Taynaq yaşayış yeri

Keramika məmulatının qrafik təsviri

Taynaq — abidə Ağcabədi rayonu ilə Ağdam rayonu sərhəddində, “Şirxan qobusu”nun cənubunda, Ağcabədi rayonunun Taynaq kəndindən 600 m qərbdə yerləşir. Bu, dərənin relyefinə uyğun ŞmQ – CŞ istiqamətində uzanan, diametri 110x95 m, hündürlüyü şimal tərəfdən 5 m, cənub tərəfdə isə 3 m olan təpədir. Toplanılmış saxsı kolleksiyası eneolit (Leylatəpə mədəniyyəti) və orta əsrlər dövrlərinə aiddir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Xaqani İmran oglu Almammadov. Qarabağın arxeoloji abidələri toplusu. I kitab. Bakı: Çap Art nəşriyyat evi, 2016