Tazılar (lat. Canes Venatici) — 88 rəsmi müasir bürcdən biridir. 17-ci əsrdə Yan Qeveliy tərəfindən yaradılan kiçik bir şimal bürcüdür. Adı latın dilində "ov itləri" mənasını verir və bürc tez-tez təsvirlərdə qonşu bürc olan Naxırçı bürcünün itlərini təmsil etmişdir. Görünən ulduz ölçüsü 2.9 olan Canum Venaticorum, bürcün ən parlaq ulduzudur. La Superba isə çılpaq gözlə görünən ən qırmızı ulduzlardan və parlaq karbon ulduzlarından biridir.
Tazılar | |
---|---|
Abbreviatura | CVn |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Canes Venatici-nin ulduzları parlaq deyil. Bürc klassik dövrlərdə Ptolemey tərəfindən hazırlanan ulduz kataloqunda Böyük Ayı bürcünün altındakı yararsız ulduzlar siyahısına salınmışdı.
Orta əsrlərdə bu ulduzların Naxırçı bürcü ilə eyniləşdirilməsi səhv sistem nəticəsində ortaya çıxdı. Naxırçı bürcünün bəzi ulduzları ənənəvi olaraq dəyənəyə (yun. κολλοροβος, kollorobos) bənzər şəkildə təsvir edilirdi. Tərcüməçi Huneyn ibn İshaq əl-İbadi, Yunan astronomu Ptolemeyin Almaqest əsərini yunan dilindən ərəb dilinə tərcümə edərkən sözlərdən birini bilmir və bu sözü ərəb dilində oxşar səslənən və "çəngəli olan əsas" mənasında işlənən العصا ذات الكُلاب (al-`aşā dhāt al-kullāb) birləşməsi ilə ifadə edir. Daha sonra ərəb mətni Latın dilinə tərcümə edildikdə, tərcüməçi Qerard Kremonskiy "çəngəl" mənasını verən kullāb كُلاب sözünü "itlər" mənasını verən kilāb كِلاب ilə səhv salır. Hərəkə olmadıqda hər ikisi ərəb mətnində eyni görünür. Qerard bu ifadəni belə yazır: hastile habens canes ("iti olan nizə").[2][3][4][5]
1533-cü ildə alman astronomu Peter Apian Naxırçını yanında iki it ilə təsvir etmişdi.[6][7]
1687-ci ildə Yan Qeveliy bu ulduzları ayrıca bir bürc halına gətirərək səmadakı varlığını təyin etmək qərarına gələnə qədər bu saxta itlər astronomik ədəbiyyatda yer alırdılar.[8][9] Qeveliy şimaldakı it üçün Asterion (yunanca "kiçik ulduz" mənasını verən αστέριον[10][11]), cənubdakı it üçün isə Chara (yunanca "sevinc" mənasını verən χαρά) adını seçdi. Öz ulduz atlasında isə bürcü "Ov itləri" mənasını verən Canes Venatici kimi qeyd etdi.[9][12]
Çex astronomu Antonin Beçvarj onun ulduz kataloqundakı Asterion-ı β CVn və Chara-nı isə α CVn olaraq təyin etmişdi.[13]
Canes Venatici-də heç bir parlaq ulduz yoxdur. Ən parlaqları olan Alpha və Beta Canum Venaticorum belə, müvafiq olaraq 3-cü və 4-cü balla qiymətləndirilir. Flemstid bürcdəki 25 ulduzu siyahıya almış, onları 1-dən 25-ə sıralamış, lakin onlardan 1-nin Ursa Majorda, 13-nün Coma Berenices-də, 22-nin isə olmadığı ortaya çıxmışdı.[14]
Astronomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |