Taziyanə — klassik poeziyada satirik şeir şəkillərindən biri.
Taziyanə əsasən 4-6 misradan ibarət olur. Onlarda cəmiyyətdəki və əxlaq tərzindəki hər hansı qüsur çox müxtəsər və kəskin şəkildə ifşa olunur.[1]Azərbaycan poeziyasında taziyanələrin klassik nümunələrini Mirzə Ələkbər Sabir yaratmışdır:
Axşam olcaq uçeniklər hərə bir madmazelin,
Keçirib qol-qoluna küçədə cövlan ediyor,
Sonyalar bunları tədris edəcəkmiş, əcəba,
Uçitellər dəxi məktəbdə nə meydan ediyor?