Tbilisi daşqını — 14 iyun 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş vermiş daşqın. Daşqın nəticəsində azı 12 adam ölüb. Hadisə ilə bağlı iyunun 15-də Gürcüstanda matəm elan olunub.
Tbilisi daşqını | |
---|---|
Tarix | 14 iyun 2015-ci il |
Başlama tarixi | 14 iyun 2015 |
Yeri | Tbilisi, Gürcüstan |
Qurbanlar | |
Ölənlərin sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib. Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altında qalıb.[1]
Daşqın zamanı şəhər zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb. Qaçan heyvanların axtarışı aparılır. Heyvanlardan bəzilərini tutmaq mümkün olub, bəziləri isə öldürülüb.[1]