Tecon qətliamı – anti-kommunist Cənubi Koreya silahlı qüvvələrinin başçılıq etdiyi siyasi məhbusların məhkəmədənkənar qırğını.[1] Yalnız yarım əsr sonra, Cənubi Koreyanın Həqiqət və Barışıq Komissiyası, siyasi zorakılıq zamanı baş verənləri araşdırdı, hansı ki, əhəmiyyətli dərəcədə tarixdən gizlədilmişdi[2]
İkinci Dünya Müharibəsinin sonunda Koreya Sovet və Amerika əsgərləri tərəfindən işğal edildi və yarımada 38-ci paralel boyunca bölündü. Sovetlər şimalda Kim İr Senin kommunist rejimini, ABŞ isə cənubun anti-kommunist rejimini dəstəklədi. 25 iyun 1950-ci ildə Şimali Koreya əsgərləri 38-ci paraleli keçərək Cənubi Koreyaya soxuldu və Koreya müharibəsinə səbəb oldular. Cənubi Koreyanın anti-kommunist hökuməti minlərlə kommunizmdə şübhəli bilinənləri həbs edərək rəhbəliyin milli proqramına daxil etdi[3][2][4][5].