Teleradio İstehsalat Birliyi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İB-yi Respublikada radio-televiziya yayımını, Radio rabitəsini, peyk rabitəsini, radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən yeganə dövlət müəssisəsidir. Hələ XX əsrin 20-ci illərində keçmiş Sovetlər Birliyində radiorabitə və radio yayımın tətbiqinə başlanılmış, 50-ci illərin ortasında televiziya yayım şəbəkəsinin özülü qoyulmuşdur.

XX əsrin 80-cı illərin ortalarında bir neçə radio və televiziya proqramının Respublikanın 90-95% əhalisi yaşayan yaşayış məntəqələrində yayımı təmin edilmişdir. 1988-ci ildən başlayaraq keçmiş SSRİ-nin dağılması istiqamətində baş verən hadisələr Respublikada radio-televiziya yayım şəbəkəsinin inkişafını ləngitdi və şəbəkənin tənəzzülünə və qismən dağılmasına gətirib çıxardı.

1991-ci ildə Azərbaycanın yenidən müstəqillik qazanması ilə Radio-televiziya yayım şəbəkəsinin keçmiş Sovetlər Birliyinin mərkəzləşdirilmiş şəbəkəsindən ayrılması, tənəzzülün dayandırılması və şəbəkənin müstəqil inkişafı üçün tədbirlər görülməyə başlanıldı. Amma, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Respublikanın bəzi bölgələrində yayım keyfiyyətinin və əhatəsinin aşağı düşməsinə, hətta Naxçıvan MR-də və bir sıra bölgələrdə yayımın kəsilməsinə gətirib çıxarırdı.

Respublikada 1992-1993-cü illərdən başlayaraq Türkiyənin TRT TV proqramının, sonralar isə TGRT proqramlarının yayımı təşkil edildi. ANS, BMTİ kimi özəl TV kanallar, eləcə də Milli Televiziyanın 2-ci proqram AzTV 2 fəaliyyətə başladı. Məhz bu dövrdən başlayaraq ölkə rəhbərliyinin bilavasitə qayğısı nəticəsində Teleradio İB-in mütəxəssisləri tərəfindən Radio-TV yayımın inkişafı üzrə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlanıldı. 1996-cı ildə Bakıda Yeni Teleqüllədə yerüstü peyk stansiyası qurulmaqla ilk dəfə Azərbaycan Televiziyasının Türksat peykindən rəqəmsal rejimdə yayımına başlanıldı ki, bu da nəinki Azərbaycanda, eləcə də Türkiyə, Qafqaz, Orta Asiya və Yaxın Şərqdə Milli Televiziyanın fərdi qəbuluna imkan yaratdı.

Bakı şəhərində tikintisi 1981-ci ildə başlanılmış, lakin sonradan tikintisi dayandırılmış Yeni televiziya qülləsi kompleksinin 1996-cı ildə istismara verilməsi ilə Bakıda yayımlanan proqramların sayı və keyfiyyəti yüksəldildi. - Respublika şəbəkəsində desimetrlik diapazona keçirilməklə bir neçə yeni vericinin istismara verilməsi təmin edildi. - 1997-ci ildə Bakı şəhərində Radio proqramlarının ənənəvi uzun, orta və qısa dalğalarda yayımı ilə yanaşı Azərbaycanda ilk dəfə olaraq FM diapazonunda yayım təşkil edildi. - 1997-2000-ci illərdə dövlət Radio-TV proqramları ilə yanaşı ANS, Space TV, Lider TV kimi özəl kanallar, eləcə də Türkiyənin NTV, STV, Kanal D TV proqramları, France Radio, Radio Rossiya , Bürc FM radio proqramlarının yayımı təşkil olundu. - 1998-2005-ci illərdə Teleradio İB-nin mütəxəssisləri tərəfindən mövcud radio-televiziya yayım şəbəkəsinin rekonstruksiyası və genişləndirilməsi işləri davam etdirilmişdir. Belə ki, AzTV proqramını yayımlayan Bakı, Naxçıvan, Ordubad, İmişli, Gəncə, Lerik, İvanovka, Danaçı RTVS-lərdəki mənəvi və fiziki cəhətdən köhnəlmiş 5 kVt-lıq güclü TV vericilər daha müasir tranzistorlu desimetrlik TV vericiləri ilə əvəz edilmiş; - 30-dan yuxarı orta güclü (100-500 Vt) müasir TV vericiləri quraşdırılmaqla lampalı vericilər istismardan çıxarılmış; - 200-dən yuxarı kçik güclü yeni TV vericiləri (2-15 Vt) alınaraq TV qəbulu olmayan yaşayış məntəqələrində AzTV proqramının yayımı üçün istismara verilmiş; - Efir qəbulu ilə işləyən televiziya retranslyatorları tamamilə peykdən qəbula keçirilmişdir. - Respublika və Araz Radio proqramlarının regionlarda yayımı üçüm 20 ədəd müxtəlif güclü (250VT, 1?5 kVt) FM vericiləri alınaraq Teleradio İB-yə məxsus Radio-TV stansiyalarında istismara verilmişdir. - AzTV, Respublika və Araz radio proqramlarının qəbulu üçün 350-dən yuxarı peyk qəbul stansiyası alınaraq R/TV stansiyalarında quraşdırılıb istismara verilmişdir. - 2003-cü ildə ilk dəfə Radio-TV proqramların fiber-optik kabel vasitəsilə ötürülməsi tətbiq edilmiş Teleradio Verilişləri şirkəti ilə Yeni Teleqüllə arasında uzunluğu 2,5 km olan fiber optik Radio-TV ötürücü xətti istifadəyə verilmişdir. - 2003-cü ildə AzTV proqramının peykdən Avropaya yayımının təmin edilməsi üçün SESAT 36? peykinə işləyən yerüstü TV ötürücü peyk stansiyası Yeni Teleqüllədə istismara verilmiş və AzTV proqramının alternativ peykdən yayımı təşkil edilmişdir. - Bakı və Abşeron yarımadasında AzTV1 və AzTV2 proqramlarının yayım keyfiyyətinin yaxşılaşdırılması üçün Yeni Teleqüllənin 310 m səviyyəsində gücü 20 kVt olan unikal anten sistemi layihələndirilmiş və alınaraq istismara verilmişdir. - 2004-cü ildə ilk dəfə olaraq regionlarda Respublika və Araz proqramlarının peykdən ötürülməklə stereo yayımı təmin erdilmiş və RDS sistemi tətbiq edilmişdir.

2004-cü ildə Zaqafqaziyada və Orta Asiyada ilk dəfə olaraq Azərbaycanda Rəqəmsal yerüstü TV-nin (DVB-T) sınaq yayımına başlanıldı. Bu məqsədlə Bakı şəhərində 300 Vt-lıq rəqəmsal TV verici sistemi alınıb quraşdırılaraq istismara verildi və eyni vaxtda bir verici ilə 4 TV proqramının yüksək keyfiyyətlə yayımı təşkil olundu.

Respublikada kiçik güclü TV stansiyaların daha güclü TV stansiyaları ilə əvəz edilməsi işləri aparılmaqla, Gülüstan RTYS (Ağsu rayonunda) istismara verildi. Hazırda bu stansiyadan 3 TV proqramı, 2 radio proqramının Respublikanın 26-dan çox rayonunu əhatə edən 45?50 ərazisinə yüksək keyfiyyətlə yayımı təmin olunmuşdur.

Azərbaycan Respublikası ərazisində, eləcə də qonşu Gürcüstan və Dağıstan ərazisində Azərbaycanlılar yaşayan yaşayış məntəqələrində AzTV proqramının yayımı üçün 20 ədəd müxtəlif güclü TV vericiləri quraşdırılmış və istismar edilməkdədir.

Hazırda Telerdaio İB-nin bilavasitə köməyi ilə Space TV, Lider TV, ATV, Xəzər TV, ARB, Lider FM, Space FM, 106 FM, 101 FM, Bürc FM proqramlarının Respublikanın regionlarında yayımı təşkil edilmişdir.

Respublika Prezidentinin "Regionların inkişafı üzrə" 11.02.2004-cü il Fərmanı, Azərbaycan Respublikasında Rabitə və İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət proqramı "Elektron Azərbaycan", Cənub bölgəsinin sosial-iqtisadi inkişafı üzrə 14.09.2005-ci il tarixli, 21 saylı sərəncamı, "Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə" 27.02.2006-cıl il tarixli, 1338 saylı sərəncamı və digər göstərişlər Respublikada radio-televiziya yayım şəbəkəsinin beynəlxalq standartlara uyğun qurulması və inkişafı üçün geniş şərait yaratmışdır.

2006-cı ilin əvvəli üçün Teleradio İB-nə məxsus radio-televiziya yayım şəbəkəsi 2 ədəd 10 kVt-lıq, 34 ədəd 1?5 kV-lıq,141 ədəd 0,1?0,5 kV-lıq, 198 ədəd gücü 1-50 Vt-lıq TV vericilərdən, müxtəlif gücdə 10 ədəd orta dalğa və 26 ədəd FM vericilərindən, 2 ədəd Up-Link TV ötürücü stansiyadan, 400-ə yaxın peyk qəbul stansiyasından eləcə də ümumi uzunluğu 1700 km-dan çox olan radio rele xətlərindən ibarətdir. Hal-hazırda Respublika ərazisində 10 ədəd ümumrespublika miqyasda yayımlanan TV kanalı, 12 ədəd regional özəl TV kanalı və 12 ədəd radio kanalları müxtəlif əhatə səviyyələri ilə yayımlanır.

Teleradio İB Respublikada radio-televiziya yayım fəaliyyəti ilə məşğul olan yeganə Dövlət müəssisəsidir. Bu ildən Birlik yeni "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi" adı ilə fəaliyyət göstərməklə öz tərkibində 3 tabe müəssisəni birləşdirir. Bakı Teleqüllə müəssisəsi, Mərkəzi R/TV Yayım müəssisəsi, Gəncə R/TV Yayım müəssisəsi. Birlikdə hal-hazırda 764 nəfər çalışır. Onlar 231 nəfəri ali təhsilli, 224 nəfəri orta texniki təhsilli mühəndis-texniki işçilərdir.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]