Telli zirehli

Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ.

Telli zirehli
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Telli zirehli
Beynəlxalq elmi adı

Görünşü[redaktə | mənbəni redaktə et]

Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir. Ön ərtraflarda uzun dırnaqlar var. Hər iki çənəsində 8–9 silindrik diş var. Heyvanın uzunluğu 50 sm-ə, quyruğun uzunluğu 24 sm-ə çatır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Telli zirehli Argentina, ParaqvayBoliviyada yayılmışdır.

Qidalanması və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Telli zirehlilər yer altında qalereya şəklində, 1–2 metr uzunluğundakı oyuqlarda yaşayırlar. Gündüzü bu oyuqlarda keçirirlər və qaranlıq düşəndə yuvalarından çıxıb bütün gecəni gəzirlər. Çox vaxt qəhvəyi telli zirehlilər qarışqa və termitlərin yuvalarının altında dəliklər qazır və burada yaşayan böcəklərlə qidalanırlar. Əlavə olaraq böcəklər, müxtəlif sürfələr, qurdlar və bitki qidaları ilə qidalanırlar. Hərəkətləri olduqca yavaşdır, bununla belə təqib edilərkən sürətlə yuvaya girirlər. Yemək mənbəyindən asılı olaraq həm müvəqqəti, həm də uzunmüddətli oyuqlar hazırlayırlar.[3]

Çoxalma[redaktə | mənbəni redaktə et]

Dişi 4–6 bala doğur. Bir müddət onlara qulluq edir, südlə bəsləyir və yuvasında gizlədir.

Telli zirehli və insan Yerli əhali telli zirehliləri ovlayır və məhv edirlər. Səbəb isə ətlərinin çox qiymətli olmasıdır. Eyni zamanda yerləşdiyi ərazilərdə çoxlu sayda oyuqlar qazdığından zərərli bir heyvan kimi qəbul edilirlər. Bu heyvanlar əhliləşdirilə bilinir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "The vomeronasal organ of the South American armadillo Chaetophractus vilosus (Xenarthra, Mammalia): anatomy, histology and ultrastructure" P. D. Carmanchahi, et al.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]