Hacıyev Telman Muxtar oğlu — Azərbaycan SSR əməkdar incəsənət xadimi, fleytaçı, fəlsəfə elmləri doktoru, 4 milli ifaçılaq mukafatı laureatı, Azərbaycan Musiqi Xadimləri ittifaqı üzvü, Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor.
Telman Hacıyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Telman Muxtar oğlu Hacıyev |
Doğum tarixi | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Atası | Muxtar Hacıyev |
Anası | Səriyyə Hacıyeva |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bakı musiqi Akademiyası incəsənət nəzəriyyəsi və tarixi kafedrasının müdiri, professor. |
Mükafatları |
Telman Hacıyev 1937 il yanvarın 31-də anadan olmuşdur. 1961-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə fleyta ixtisası üzrə bitirmişdir. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini, 1964-cü il P. İ. Çaykovski adına Moskva dövlət konservatoriyasını fleyta üzrə əyani aspiranturanı bitirmişdir.
Musiqi estetikası elminə maraq göstərərək fəlsəfə elmləri doktoru, professor V. K. Skaterşikovun elmi rəhbərliyi ilə 1972-ci ildə «Azərbaycan musiqi mədəniyətində sosializm realizmi metodunun problemi» mövzusunda fəlsəfə elmləri namizədi dissertasiyası müdafiə etmişdir.
1975-1976-cı illərdə SSRİ mədəniyyət nazirliyi xətti ilə Misir Ərəb Respublikasında Qahirə konservatoriyasının professoru vəzifəsində işləmiş və Qahirə, İsgəndəriyyə, Naqhamadi, Xeluan şəhərlərində solo konsertlər vermişdir.
1984-cü ildə «İncəsənətin sosial fəallığı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə professor elmi adı verilmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Həmin ildən Bakı Musiqi Akademiyasında yaradılmış incəsənət nəzəriyyəsi və tarixi kafedrasınının müdiridir.
1965-1973 – cü illərdə T. Hacıyev Azərbaycan Dövlət kamera orkestrinin solisti işləmişdir. O, solist kimi Kuba Respublikası, Polşa, Çexoslovakiya, İsveç, Danimarka, Hollandiya, Norveç, Finlandiya, ələlxüsus Moskva və Sovet Respublikalarında klassik, romantik və müasir musiqini, xüsusən Azərbaycan bəstəkarlarından Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və b. ifa etmişdir.
Tanınmış psixoloq-alim Muxtar Hacıyevin oğludur. Anası Səriyyə Hacıyeva bioloq idi.
O, kamera ansamblı üçün 12 toplu (broşüra) dərc etmişdir. T. Hacıyevın kamera ansamblı sinfini 670-dən çox məzun bitirmişdir.
«Melodiya» firması T. Hacıyevin 3 böyük valını istehsal etmişdir.
Professor Telman Haciyevin 75 illik yubileyinə həsr olunmuş tədbir.
Telman Hacıyevin Qarabağ müharibəsindəki iştirakı.
Hacıyeva Mina Telman qızı "3 kitab 1 idea" təqdimatı.
Telman Hacıyevin Fleyta ifasında möhtəşəm 7 əsər toplusu. Az TV 2005 il
Telman Hacıyev - Fleyta ilə orkestr üçün Birinci konsert Az TV 2005il
Telman Hacıyev - Fleyta ilə orkestr üçün İkinci konsert.
"Söz verdik"verilişindən - Telman Haciyeva həsr olunmuşdur
"İRSİ UĞURLAR"Muxtar Hacıyevin 100 illik yubileyinə həsr olunmuşdur
Telman Hacıyev "Bir tale naxışı" film, 29 02 2012
Telman Hacıyev - Ecazkar fleyta (Чарующая флейта)