Telman Laçınlı

Telman Səfərov (tam adı:Səfərov Telman Yadigar oğlu 22 oktyabr 1936, Laçın rayonu7 noyabr 2018) İqtisadçı, şair-publisist.

Telman Səfərov
Təxəllüsü Telman Laçınlı
Doğum tarixi
Doğum yeri Qarıqışlaq, Laçın, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Bərdə, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti şair
İstiqamət Şair- publisist
İlk əsəri “Sən Laçına gəl”

Həyatı[redaktə | mənbəni redaktə et]

Səfərov Telman Yadigar oğlu 22 oktyabr 1936-cı ildə Laçın rayonunun Gəloxçu camaatı adlanan elatın Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olub. 1945–1955-ci tədris illərində Qarıqışlaq kənd orta məktəbində təhsil almış və yüksək qiymətlərlə məktəbi bitirmişdir. İlk ixtisas təhsilini Bakı şəhərində alıb, ardınca Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indikiAzərbaycan Dövlət İqtisad Universiteti) İqtisadiyyat fakültəsində Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə ali təhsil alıb. Sonradan ixtisasını dəyişmək məqsədi ilə Bakı şəhərində Moskvanın Kooperativ İnstitutunda qiyabi yolla əlavə olaraq Əmtəəşünas ixtisası üzrə ali təhsil almışdır. İlk əmək fəaliyyətinə baş iqtisadçı kimi "Telman" adında kolxozda başlamışdır. 2 il işlədikdən sonra fasilə vermədən 36 il baş mühasib işləmişdir. 1993-cü ilin iyun ayından 1999-cu ilin sonuna kimi Bərdə rayon prokurorluğunda ictimai əsaslar üzrə təftişçi mühasib işləyib. Ailəlidir, 3 oğul, 4 qız atasıdır. Övladlarının hamısı ali təhsillidir. Telman Səfərov 7 noyabr 2018-ci ildə Bərdə rayonunda vəfat edib

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Telman Səfərov 1958-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. Telman Laçınlı təxəllüsü ilə "Kommunist", "Azərbaycan", "Sovet kəndi", "Kənd həyatı", "Laçın", "Laçın yurdu" jurnal və qəzetlərində mütəmadi şeir, hekayə, povest və məqalələri dərc olunub. 1992-ci ildən indiyə qədər Min Bir Mahnı (nəşriyyat)ında 11 kitabı çapdan çıxıbdır.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • "Sən Laçına gəl"
  • "Kəndimin nağılı"
  • "Doğma vətəndə vətən həsrəti"
  • "Bu yerlər bənzəmir Allah Laçına"
  • "Tarixə dönmüş xatirələr"
  • "Vətənin nicatı xalqın əlindədir"
  • "Vətən məhəbbəti"
  • "Yadıma düşüb"
  • "Laçın adlı yurda dönək"
  • "Səksəndə bildim"
  • "Bizim eldə" — Bakı, "Ecoprint", 2017, 152 səh.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

| Dağında məğrurdu dağın qartalı Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine