Ten-Qo əməliyyatı[1] (天號作戰, 天号作戦), bəzi mənbələrdə "Yamatonun son yürüşü kimi qeyd edilir — 6-7 aprel 1945 il tarixində İkinci Dünya müharibəsinin tərkib hissəsi olan dəniz döyüşü. Özünü məhv xüsusiyyəti daşıyan bu yürüş dünyanın ən böyük linkor gəmisi olan Yamatonun başçılığı ilə həyata keçirilmişdir. Bu hücumun kiçik donanma ilə həyata keçirildiyindən uğursuzluğu əvvəlcədən məlum olmuşdur. Hədəfləri isə Kamikadze hücumları ilə Okinavaya çıxarılmış amerikanların oradan çıxarılmadı olmuşdur. Amerikan aviasiyası Yamato ilə uğraşdığı dönəmdə digər gəmilər və qayıqlar kamikadze hücumları həuata keçirməli idi. Yamatonun batırılacağı yaponlara bəlli idi. Yanacaq yalnız bir istiqamətə üzməsinə yetərdi. Dənizçilər gəminin batırılacağı təqdirdə ondan üzən batareya kimi istifadə edərək adaya çıxmaqlarını düşünürdülər.
Ten-Qo əməliyyatı | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix | 6-7 aprel 1945 | ||
Yeri | Sakit okean, Yaponiyanın Kyuşu adası yaxınlığında | ||
Nəticəsi | ABŞ donanmasının tam qalibiyyəti, Yaponiyanın məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
3 aprel saat 9:18 radələrində Kuredə yerləşən 2-ci donanmaya Birləşmiş donanmanın admiralı Soemu Toedo[2] tərəfindən "Ten-iti-qo" ("Səma-1") əməliyyatlna başlamağı əmr edir. 2-ci donanmasının komandanı Seyiti İto şəxsən başçılıq edirdi. Ancaq döyüşə skeptik yanaşır. Səbəb isə havadan müdafiənin təşkil edilməməsi faktiki ölümə getdiyini anlayırdı. Rəhbərlik donanmanı nasaz gəmilərlə təhciz etmişdi. Onlar yaxşı vəziyyətdə olan gəmiləri döyüşə göndərmək istəmirdilər.
"Yamato" linkorunun müdafiəsini təşkil etmək məqsədi ilə yüngül kreyser və 8 esminsev ("Asaşimo", "Fuyusuki", "Sudzusuki", "Hamakadze", "İsokadze", "Yukikadze", "Kasumi", "Hatsuşimo") onu müşayət edirdi. Yaponların sərəncamında digər gəmilər olmasına baxmayaraq yanacaq çatışmamazlığı səbəbimdən yola çıxarılmamışdır.
Donanmanın yola çıxması 6 aprel 15:20 radələrinə təsadüf edir. Donanmanın açıq dənizə çıxmasından spnra onun bütün addımları amerikan sualtı qayığı tərəfindən nəzarətdə saxlanılır. Donanmanın hər hərəkəti komandanlığa məruzə olunurdu. 7 aprel tarixində sualtı qayığın köməyinə hiqrotəyyarə "Mariner" göndərilir. Saat 12:32 amerikan aviadaşıyıcısından birinci zərbə anında 227 təyyarə, 12:45 ikinci zənbə zamanı 57 təyyarə və nəhayət 13:33 üçün zərbə zamanı 110 təyyarə hücuma keçir. Yamato bu zaman təxmini 20 torpedo zərbəsi alır. Bu zərbələrin nəticəsində gəmi 14:23 radələrində partlayır. Bu hadisə atom partlayışlarına qədər olan ən güçlü partlayışlardan biri olmuşdur. Partlayışın güçü 500 t trotil ekvalenti güçündə qiymətləndirilir. Partlayış zamanı 2 km məsafədə zərbə dalğası əmələ gəlmiş və tüstü 6 km hündürlüyə qalxmışdır.
"Yamato" gəmisində 3063 matros, həmçinin admiral İto və I ranq gəmi komandiri olan Kosaku Aqira həlak olur. "Yaxaqi" və esminsevlərdə isə yaponların itkisi 1187 nəfər təşkil edir.
Əməliyyat uğursuzluqla nəticələnir. Amerikan hücumları nəticəsində "Yamato", yüngül kreyser "Yaxaqi" və səkkiz esminsevdən 4 batırılır. Kamikadze hücumları isə bir nəticə vermir. Amerikan gəmilərindən isə yalnız bir necə köhnə aviadaşıyıcı, linkor və esminsev yükgülcə zədələnir.