Tenpo aclığı

Tenpo aclığını əks etdirən illüstrasiya (1838).

Tenpo aclığı (天保の飢饉, Tenpo no kikin?) – 1833-36-cı illərdə Yaponiyada baş vermiş kütləvi aclıq.[1] Soyuq hava şəraiti, daşqınlar və bərk küləklərə görə 1833-cü ildə məhsuldarlıq 30-70% aşağı düşmüşdü.[1] Nəticədə, düyünün qiymətində qəfil artım qeydə alınmışdır.[1] Aşağı məhsuldarlıq 1834 və 1835-ci illərdə də davam etmiş, 1836-cı il isə məhsuldarlığın ən az olduğu il olmuşdur.[1]

Məhsuldarlığın az olması səbəbilə qiymətlər qalxmağa davam etmiş və yoxsullaşmış kəndilər şəhərlərə axışmışdırlar.[1] Bir çox kəndli aclıq və xəstəlik səbəbilə ölmüş, hətta kannibalizm halları da qeydə alınmışdır.[1] Şimal-şərqi Yaponiyadakı aclıq daha şiddətli olmuşdur.[1]

Şoqunluq düyü paylamaq, sığınacaqlar təşkil etmək, qiymətləri tənzimləmək, tədarükü qadağa etmək və sake istehsalını məhdudlaşdırmaqla böhranın qarşısını almağa çalışmışdır.[1] Bir çox han aclığın qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, effektivliyi az olmuşdur.[1] Aclıq Osaka şəhərində Oşio Heyhaçironun başçılığı altında üsyanın başlamasına səbəb olmuşdur.[1] Yaponiyanın digər bölgələrində də aclıq səbəbilə kəndli üsyanları baş vermişdir.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild. Tokio: Kodansha. 1983. səh. 2. ISBN 0-87011-628-2. İstifadə tarixi: 22 iyun 2022.