Tenqku Tenqah Zaharah məscidi

Tenqku Tenqah Zaharah məscidiMalayziyada su üzərində inşa edilmiş ilk üzən məscid. Məscid Kuala Trenqanu şəhərinin 4 km-də Kuala İbay çayının enli mənsəbi yaxınlığında Kuala İbay laqun yaxınlığında yerləşir. 1993-cü ildə tikintisinə başlanılmış və 1995-ci ildə tamamlanmışdır. Məscidin rəsmi açılışı Trenqanunun keçmiş sultanı Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şah tərəfindən 1995-ci ilin iyulunda olub. Məscid müasir və mavritan memarlığının elementlərini özündə birləşdirir. Məscidin ağ strukturu təxminən 5 akr?! ərazini əhatə edir və eyni zamanda 2000 nəfər ibadət edə bilər. İki piyada körpüsü hər iki tərəfdən məscidi quru ilə əlaqələndirir.[1]

İslam
Tenqku Tenqah Zaharah məscidi
malay Masjid Tengku Tengah Zaharah
مسجد تڠكو تڠه زاهرح
Tenqku Tenqah Zaharah məscidi (Üzən məscid)
Tenqku Tenqah Zaharah məscidi (Üzən məscid)
5°17′01″ şm. e. 103°10′14″ ş. u.
Yerləşməsi
Ölkə  Malayziya
Şəhər Tenqku Tenqah Zaharah məscidi
Memarlıq
İnşa tarixi 1993 – 1995
Minarələrin sayı 1
Minarələrin hündürlüyü 38 metr[1]
Materialı beton
Vəziyyəti fəaliyyət göstərir
Saytı
Masjid Tengku Tengah Zaharah.
Tenqku Tenqah Zaharah məscidi xəritədə
Tenqku Tenqah Zaharah məscidi
Tenqku Tenqah Zaharah məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "MASJID TENGKU TENGAH ZAHARAH (THE FLOATING MOSQUE)". itc.gov.my. 2016-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2016.