Tephroseris cladobotrys

Tephroseris cladobotrys (lat. Tephroseris cladobotrys) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin tephroseris cinsinə aid bitki növü.

Tephroseris cladobotrys
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Çoxillik, hündürlüyü 40-120 sm olan, gövdəsi sadə, düzdayanan, hörümçəktoruvari tüklənmiş, qısa kökümsovlu bitkidir. Yarpaqları tünd yaşıl, qıraqları bütöv, yaxud diş-dişlidir. Kökyanı və aşağı gövdə yarpaqları yumurtavari-uzunsov, küt və ya ucu biz, saplaqları enlidir. Orta gövdə yarpaqları oturaq, lansetvari və ya dar uzunsov, küt və ya ucu bizdir. Səbətləri çiçəkləyən vaxt sıx çətir formalı çiçəkqurupunda yığılır. Səbətin ayaqcıqları müxtəlif uzunluqda, hörümçəktoruvari tüklüdür. Sarğısı 5–7 mm enində yarımkürəvari, daxili yarpaqları 4–5 mm uzunluqda ucu biz lansetvari, onlardan 2-3 dəfə kiçik olan xarici yarpaqları xətvaridir. Dilcik çiçəkləri sarı və ya narıncı rəngdədir. Toxumcaları 3–4 mm, silindirvari, nazik qabırğalı, tüklü, qonurtəhərdir; kəkili ağ, parlaq, toxumcadan 1,5-2 dəfə uzundur.

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı meşə və subalp qurşaqlarında yayılmışdır. Dağ çəmənlərində, yaylaqlarda, otlaqlarda, meşə talalarında və meşə kənarlarında bitir.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. The Plant List (ing.). 2010.