Terao Tsunefumi

Terao Tsunefumi (寺尾 常史?, doğum adı Yoşifumi Fukuzono 福薗 好文; 2 fevral 1963, Sumida, Tokio[1]17 dekabr 2023[1], Tokio[1])Yaponiya sumoçusuheya ustadı. Sekivake dərəcəsinə qədər yüksələ bilmiş və Şikoroyama adını daşımışdır.

Terao Tsunefumi
yap. 寺尾 常史
Şəxsi məlumatlar
Doğum adı 福薗 好文[1]
Vətəndaşlığı
Doğum tarixi 2 fevral 1963(1963-02-02)
Doğum yeri
Vəfat tarixi 17 dekabr 2023(2023-12-17)[1] (60 yaşında)
Vəfat yeri
İdman növü sumo[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumo karyerasına 1979-cu ildə İzutsu heyasında başlamışdır. 1985-ci ilin bahar böyük turnirinin makuuçi top diviziyasının səhnəsində debüt etmişdir. Terao cəmi 110 kiloqramlıq çəkiyə malik olan yüngülçəkili sumoçu olsa da, sürətli itələmə texnikası sayəsində yüksək sumo dərəcələrinə çata bilmişdir.[3]

Terao 1989-cu ilin bahar turnirində sekivake dərəcəsini əldə etmişdir. Qardaşı Sakahoko ilə eyni vaxtda bu uğuru əldə etdiyi üçün Yaponiyanın idman dünyasında məşhurlaşmışdır. Belə ki, onlar eyni vaxtda sekivake dərəcəsi əldə etmiş ilk qardaşlar olmuşdurlar. İştirak etdiyi 13 turnirdə sanyaku kimi çıxış edən Terao həm xarici görünüşü, həm də sumo texnikalarına görə populyar sumoçulardan biri olmuşdur. 2002-ci ildəki payız böyük turnirindən sonra karyerasını bitirmiş və sumo məşqçisi olmuşdur. 2004-cü ildə öz heyasını qurmuşdur. Sumoçular Abi MasatoraHomasho Noriyukinin məşqçisi olmuşdur.[3]

Terao karyerası ərzində 1795 qarşılaşmaya və 1063 ardıcıl makuuçi oyununa çıxmışdır. Hər iki göstəriciyə görə sumo dünyasında dördüncü yerdədir. Əldə etdiyi 860 qələbə ilə ən çox qələbə qazanmış 10-cu sumoçudur. 17 dekabr 2023-cü ildə ürək xəstəliyi səbəbi ilə ölmüşdür.[3]

Teranonun atası Tsuruqamine Akio da sekivake dərəcəsi əldə etmiş sumoçu olmuşdur. Terao "Üç İzutsu qardaşı" adlı sumoçu qrupunun ən gənc üzvü olmuşdur. Ən böyük qardaşı Kakureyzan Hoiçi curyo ikinci diviziyasında döyüşmüş, digər qardaşı Sakahoko Nobuşiqe isə sekivake dərəcəsi əldə etmişdir.[3]

  1. 1 2 3 4 5 6 7 元関脇寺尾の錣山親方死去 60歳 細身の体で闘志あふれる突っ張り 親方として阿炎ら育成.
  2. (unspecified title). Japan Sumo Association.
  3. 1 2 3 4 "Sumo stablemaster Shikoroyama dies at 60". The Japan Times (ingiliscə). times. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 dekabr 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]