Terequlovlar

Terequlovlar — əsası Səfərağa Terequlov tərəfindən qoyulan bu ailə əslən Volqaboyu tatarlarındandır.

Terequlovlar
Əcdadı Səfərağa Terequlov
Mənşəyi tatar

20 il Qafqazda, mühəndis alayında rekrut xidmətində olan S. Terequlov ordudan tərxis edildikdən sonra, 1845 ildə ailəsi ilə (həyat yoldaşı, iki oğlu — Həsən və İbrahim, qızı — Fatma xanım) Tiflisə köçmüşdür. Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanımın, qayınları Hənəfi və Əli Terequlovların atası olan Həsən Səfərağa oğlu Terequlov (1835 —1911) — maarifçi, ictimai xadim olmuşdur. 1880-ci ildə, qardaşı İbrahimlə birlikdə Tiflisdə ilk dəfə olaraq qızların və oğlanların birgə oxuması üçün nəzərdə tutulan rus-tatar məktəbi açmışdır. O, Tiflisdə sünnilər məscidinin rəhbəri olmuşdur. Hər iki qardaş xeyriyyəçiliklə də məşğul idilər.

Nümayəndələr

[redaktə | mənbəni redaktə et]