Bu məqaləni vikiləşdirmək lazımdır. |
Termomexaniki analiz (TMA)- müəyyən bir mexaniki yük tətbiq edilərkən, bərk cisimlərin, mayelərin və ya özlü materialların ölçüsünün və ya həcminin dəyişməsini temperatur və ya zaman funksiyası kimi müəyyənləşdirir (standartlar: DİN 51005, ASTM E831, ASTM D696, ASTM D3386, İSO 11359).
Bu üsul (TMA metodu) dilatometriya üsuluna yaxındır, burada cüzi yük tədbiq edilərkən bərk cisimlərin və ya mayelərin ölçülərinin dəyişməsi ölçülür (məsələn, DİN 51045).
Materiallarin əksəriyyəti qızdırılarkən və ya soyuduqda termomexaniki xüsusiyytləri dəyişikliklərə uğrayırlar. Məsələn, faza keçidləri, bitişmə və ya yumşalma istidən genişlənmə fonunda baş verə bilər. TMA müxtəlif materiallar üçün tərkibi, quruluşu, istehsal şərtləri və tətbiqi imkanlari haqqında dəyərli məlumat verir.
TMA-nın tətbiqi keyfiyyətə nəzarətdən yeni materialların işlənib hazırlanmasına və tədqiqatlarına kimi olan sahəni əhatə edir . Bu, plastmassa, elastomer, boyalar, kompozit materiallar, yapışqan materiallar, liflər, keramika, şüşə, metal və ərintilər kimi yeni materialların işlənib hazırlanmasına və tədqiqatına aiddir.
Ənənəvi olaraq TMA, dəyişən temperatur şərayitində sabit yük tətbiq ədərək, şüşələnmə temperaturu və materialların yumşalmasının xətti genişlənməsini öyrənmək üçün istifadə olunur.
Genişlənməni ölçmək üçün minimum yük səviyyəsinə malik sensor, nümunənin üzərində yerləşir. Sabit yük altında olan digər ölçülərə də, məsələn, penetrasiyanın müəyyən edilməsi, bükülmə, büzülmə, şişkinlik və sürünmə, elastiklik və əyilmə testləri daxildir (bu halda, nümunənin yerdəyişməsi, tədbiq olunan yük altında qaldığı müddətə uyğun olaraq ölçülür).
Dinamik TM analizində (DTMA), nümunə müəyyən olunmuş sinusoidal yük və xətti temperatur dəyişikliyinə məruz qalır və sonradan yekunlaşdırıcı sinusoidal deformasiyası ölçülür.