Terror hadisələri syahısı 1975-ci ildə 1975-ci ildə törədilmiş terror aktlarının siyahısı
- 1 yanvar Beyrut Livan erməni terrorçuları bir sıra mülki obyektlərə silahlı basqın etmişlər.
- 20 yanvar Beyrut Livan ASALA erməni terror təşkilatının törətmiş olduğ ilk terror aktı: Ümumdünya Kilsələr Şurasının Beyrutdakı idarələri partladılmışdır.
- 7 fevral Beyrut Livan Türkiyə İnformasiya Agentliyinin və Turizm bürosunun binasına qoyulmuş bombanı zərərsizləşdirməyə çalışan bir livanlı mütəxəssis ağır yaralanmışdır. Partlayışa görə məsuliyyəti Məhkum Qurgen Yanikyan erməni terror qrupu öz üzərinə götürmüşdür.
- 20 fevral Beyrut Livan Türkiyənin Beyrutdakı avinəqliyyat şirkətinin binası qarşısında bir kiloqramlıq bomba partladılmışdır. Partlayışa görə məsuliyyəti Məhkum Qurgen Yanikyan erməni terror qrupu öz üzərinə götürmüşdür.
- 20 oktyabr Vyana Avstraliya Üç silahlı erməni terrorçusu Türkiyənin Vyanadakı səfirliyinə soxularaq səfir Daniş Tunaligili öldürmüşlər. Qanlı cinayətə görə məsuliyyəti Müzəffər erməni ordusu terror qrupu öz üzərinə götürmüşdür.
- 24 oktyabr Paris Fransa Səfir İsmayıl Ərəz və Talib Yenər öldürülmüşdür.
- 28 oktyabr Beyrut Livan Türkiyənin Beyrutdakı səfirliyinin binasının raketlə bombardman edilməsi xeyli dağıntıya səbəb olmuşdur. Cinayətə görə məsuliyyəti ASALA erməni terror təşkilatı öz üzərinə götürmüşdür.
- 24 yanvar Amerika Birləşmiş Ştatları Bombanın partlaması nəticəsində 4 nəfər həlak olmuş və 50-dən artıq adam yaralanmışdır.
- 1 mart Nayrobi Keniya Avtobusun partladılması nəticəsində 26 nəfər həlak olmuş və 60 nəfər yaralanmışdır.
- 2 mart Fransa Lion Hava Yolları ofisi Çarlz Martel qrupu tərəfindən partladılmışdır.
- 5 mart İsrail ABŞ otelinə hücum edən terrorçuları ilə İsrail təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada üç əsgər həlak olmuşdur.
- 19 aprel Amerika Birləşmiş Ştatları Dörd bombanın partladılması nəticəsində beş nəfər yaralanmışdır.
- 24 aprel İsveç Alman Qızıl Ordusu Fraksiyası təşkilatının terrorçuları Almaniya səfirinə hücum etmşlər.
- 4 iyul İsrail Sion meydanında partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 nəfər həlak olmuş və 80 nəfər yaralanmışdır.
- dekabr Avstriya Çaqqal Karlos ləqəbli İliç Ramires Sançes adlı terrorçu və qrupu Vyanada OPEK-in qərargahına hücum etmişlər 60 nəfəri girov götürmüşlər.
- 14 dekabr Hollandiya Sərnişin qatarına hücum edən terrorçular üç sərnişini öldürümşlər.
- 23 dekabr Yunanıstan ABŞ mərkəzi kəşfiyyat agentliyi stansiyasının rəisi Riçard Verc 17 noyabr İnqilabçı təşkilatının terrorçuları tərəfindən evinin qarşısında öldürülmüşdür.
- 29 dekabr Amerika Birləşmiş Ştatları Hava limanına hücum edən terrorçular 10 nəfəri öldürmüşlər və 75 nəfəri yaralamışlar.