Tesla Roadster — Tesla şirkəti tərəfindən istehsalı planlaşdırılan, elektrik mühərrikli, 4 oturacaqlı, idman avtomobilidir.[1] Teslanın verdiyi məlumata görə bu avtomobil, 0-dan 97 km/saat sürətə 1.9 saniyədə catacaq. 1.9 saniyəyə 97 km/saat sürətə çatmaq Noyabr 2017-ci ilə kimi qeydə alınan istənilən avtombildən daha yaxşı göstəricidir.[2]
Tesla Roadster | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | Tesla, Inc. |
İstehsal ili | 2020 (planlaşdırılıb) |
Sinfi | Sports car (S) |
Güc xüsusiyyətləri | |
Mühərrik | 3 elektrik mühərriki (bir qabaq, iki arxa) |
Qabariti | |
Kütləsi | 1.814 kq |
Digər | |
Dizayner | Franz von Holzhausen |
Vikianbarda əlaqəli mediafayllar |
Tesla avtomobili 2020-ci ildə satışa çıxaracağını, amma bunun Tesla Model Y -dan qabaq olmayacağını demişdi. Elon Musk dediyinə görə Roadster yeni sürətlənmə rejiminə malikdir və bu Tesla Model S və X-dən fərqlidir.[3]