Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Tesla (keçmiş adı: Tesla Motors) — elektrik maşınları və elektrik nəqliyyatı üçün qidalanma qurğu birləşmələri layihələndirən, istehsal edən və satan Palo Alto, Kaliforniya mərkəzli ABŞ şirkətidir.[17] Şirkət həmçinin yenidən istifadə edilən/yaşıl enerji məhsulları istehsal edən ortaq şirkəti olan SolarCity vasitəsiylə evlərə günəş paneli və ya solar kirəmit sataraq avtomobilləri evdə təmiz batereya enerjisi doldurmasını təmin edir. Tesla Motors TSLA simvolu altında NASDAQ fond birjasında mübadilə edən açıq şirkətdir.[18] 2013-ci ilin birinci rübündə Tesla öz tarixində ilk dəfə olaraq mənfəəti barədə məlumat verib.[19]
Tesla | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | avtomobil sənayesi, günəş sənayesi[d], batereya sənayesi[d] |
Məhsulu | bilinmir |
Təsis tarixi | 1 iyul 2003 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | SolarCity[4][5][…], Tesla Grohmann Automation[d] |
Rəhbərlik | |
Təsisçilər | |
Baş icraçı direktor | İlon Mask[4] |
Prezident | Robin Denholm[7][8] |
İdarə heyəti | İlon Mask[9], Robin Denholm[9], Larri Ellison[d][9][10], İra Ehrenpreys[d][9], Hiromiçi Mizuno[d][9][11], Ceyms Murdok[d][9][12], Kimbal Mask[9], Ketlin Vilson-Tompson[d][9][13], Co Qebbi[d][14][15], C.B.Strobel[d][16] |
tesla.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2015 mart ayından etibarən Tesla 2008-ci ildən indiyə qədər təxminən 70 000 elektrikli avtomobil təslim etmişdir.
Tesla özünün birinci mükəmməl idman maşını olan Tesla Roadsterin istehsalının ardınca geniş diqqət mərkəzinə düşüb.[20] Şirkətin ikinci nəqliyyat vasitəsi tam elektrik lüks sedan Model S, növbəti iki nəqliyyat vasitəsi isə Model X və Model 3-dür.[21]
Tesla həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də Daimler və Toyota kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir..[22] Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən[23][24] müstəqil avtokonsern kimi görür.[25] Teslanın Model 3 nəqliyyat vasitəsinin 2017-ci ilədək 35000 $ olması gözlənilir.[26]
Tesla Motors elektrik mühəndisi və fizik Nikola Teslanın şərəfinə adlandırılıb.[27][28] Tesla Roadster Teslanın 1882-ci il layihəsinə əsasən bilavasitə yaradılmış Dəyişən cərəyan mühərriki istifadə edir.[29] Şirkətin birinci nəqliyyat vasitəsi olan Tesla Roadster litium-ion batareya elementlərindən istifadə edən birinci istehsaldır. Bu nəqliyyat vasitəsi hər yüklənmədə 320 km-dən çox məsafə qət edə bilər.[30]
Şirkətə ilk maddi dəstəyi hal-hazırda baş icraçı direktoru olan, PayPal-ın ortaq qurucusu olan İlon Mask vermişdir. Həmçinin Teslaya Google qurucuları Sergey Brin və Larri Peyc; eBay keçmiş müdir
ü Cef Skol kimi məşhurlar investisiya qoymuşdur. 2007 mart ayından etibarən şirkət, şəxsi sənayedə təmin etdiyi investisiya ilə, sərmayəsini 60 000 000 US$-nın üstünə çıxardı. 2021-ci ildə sərmayəsini 15 000 000 000 US$-a çatdıran Tesla şirkəti bu nağd pulun 1 500 000 000 US$-ı ilə 8 fevral 2021-ci ildə 48 000 ədət Bitcoin alaraq digital əmlaklara investisiya qoydu. Tesla şirkəti bununla dayanmayıb 2021 mart ayında Tesla avtomobillərinin Bitcoin ilə alına biləcəyi qərarı verdi.
2014-cü ildən etibarən Tesla idarə heyəti aşağıdakı şəxslərdən ibarətdir:
Tesla şirkəti (Tesla Motors adı ilə yaradılmış) Martin Eberhard və Mark Tarpenninq tərəfindən 1 iyul 2003-cü tarixində qeydiyyatdan keçib. 2004-cü ilin fevral ayında üç təsisçi 7,5 milyon ABŞ dolları həcmində investisiya cəlb ediblər və bunun da İlon Mask 6,5 milyon dollar qoydu. Mask direktorlar şurasının sədri olduqdan sonra Eberhardı baş direktor təyin etdi.[31]
İlk Tesla avtomobilinin nümunələri 19 iyul 2006-cı ildə Kaliforniya ştatının Santa Monika şəhərində rəsmi şəkildə ictimaiyyətə təqdim edilmişdir.[32]
2006-cı ildə Musk 100 milyon dollar cəlb edə bildi və bu investisiya Tesla şirkətinə 2008-ci ildə ilk Roadster avtomobilin istehsalına başlamağa imkan verdi.[33]
2008-ci il və 2012-ci ilin martı arasında Tesla 31 ölkədə 2,250-dən çox Roadster satıb.[34][35]
Tesla 2009-cu ilin 26 martında tam elektrik sedan Tesla Model S-i nümayiş etdirdi.[36]
2010-cu ilin yanvarında Tesla şirkəti ABŞ Energetika Nazirliyi tərəfindən 465 milyon dollar krediti alıb, 2013-cü ildə isə bu krediti tam olaraq geri qaytarıb.[37]
2010-cu ilin may ayında Tesla Model S avtomobilin istehsalı üçün Tesla şirkəti Kaliforniyanın Fremont şəhərində fabrikin tikintisinə başladı.[38]
Tesla 2011-ci ilin avqustunda ABŞ bazarında Roadster üçün təklifləri dayandırdı.[39]
29 iyun 2010-cu ildə Tesla şirkəti NASDAQ birjasında ilkin kütləvi təklifini (IPO) yerləşdirməyə başladı və nəticə olaraq 226 milyon dollar cəlb etdi. Beləliklə, Tesla 1956-cı ildən sonra birjada öz IPO-i yerləşdirən ilk Amerika avtomobil şirkəti oldu. 1956-cı ildə isə İPO-i təklif edilən Ford Motor avtomobil şirkəti idi.[40]
2012-ci ilin iyun ayında Tesla şirkəti ikinci Model S avtomobilin istehsalına başladı. 2012-ci ilin dekabrında şirkət tam iş günü üçün 3000-nə yaxın işçiyə malik idi.[41][42]
2014-cü ilin yanvarınadək işçilərin sayı 6000-nə çatmışdı.[43]
2017-ci ilin iyulunda şirkət Tesla Model 3 sedan avtomobili satmağa başladı.[44]
14 mart 2019-cu il tarixində yeni Tesla Model Y elektrik avtomobili təqdim olundu.[45]
2020-ci ilin noyabr ayında Tesla, Uber və digər 26 amerikalı şirkəti birlikdə ABŞ-də elektrikli avtomobillərin sayının artırılmasını idarə etmək üçün Zero Emission Transport Association (ZETA) yaratdı.[46]
25 oktyabr 2021-ci il tarixində şirkətin kapitallaşması 1 trilyon dolları ötüb.[47]
2018-ci ildən etibarən istehsal edilən ümumi Tesla 254 530 ədət, təslim edilən ümumi avtomobil sayı 245 240 ədətdir.
Teslanın istehsal və satışlarındakı vacib xronologiya:
Dörddəbir | Ümumi məcmu | Ümumi istehsal | Model S
satışları |
Model X
satışları |
Model 3
satışları |
Model Y
satışları |
Ümumi
satışlar |
Hazırlanır |
---|---|---|---|---|---|---|---|---|
Q1 2015 | 47.344 | 11.160 | 10.045 | 10.045 | ||||
Q2 2015 | 60.151 | 12.807 | 11.532 | 11.532 | ||||
Q3 2015 | 73.242 | 13.091 | 11.597 | 6 | 11.603 | |||
Q4 2015 | 87.279 | 14.037 | 17.272 | 206 | 17.478 | |||
Q1 2016 | 102.789 | 15.510 | 12.420 | 2.400 | 14.820 | 2.615 | ||
Q2 2016 | 121.134 | 18.345 | 9.764 | 4.638 | 14.402 | 5.150 | ||
Q3 2016 | 146.319 | 25.185 | 16.047 | 8.774 | 24.821 | 5.065 | ||
Q4 2016 | 171.201 | 24.882 | 12.700 | 9.500 | 22.254 | 6.450 | ||
Q1 2017 | 196.619 | 25.418 | ~13.450 | ~11.550 | 25.051 | ~4.650 | ||
Q2 2017 | 222.327 | 25.708 | ~12.000 | ~10.000 | 22.026 | ~3.500 | ||
Q3 2017 | 247.663 | 25.336 | 14,065 | 11.865 | 222 | 26.137 | 4.820 | |
Q4 2017 | 272.228 | 24.565 | ~15.200 | ~13.120 | 1.542 | 29.967 | 3.380 | |
Q1 2018 | 306.722 | 34.494 | 11.730 | 10.070 | 8.182 | 29.997 | 6.100 | |
Q2 2018 | 360.061 | 53.339 | 10.930 | 11.370 | 18.440 | 40.740 | 15.058 | |
Q3 2018 | 440.203 | 80.142 | 14.470 | 13.190 | 56.065 | 83.725 | 11.824 | |
Q4 2018 | 526.758 | 86.555 | 13.500 | 14.050 | 63.150 | 90.700 | 2.907 | |
Q1 2019 | 603.858 | 77.100 | 12.100 | 50.900 | 63.000 | 10.600 | ||
Q2 2019 | 690.906 | 87.048 | 17.650 | 77.550 | 95.200 | 7.400 | ||
Q3 2019 | 816.155 | 96.155 | 17.400 | 79.600 | 97.000 | |||
Q4 2019 | 921.046 | 104.891 | 19.450 | 92.550 | 112.000 | |||
Q1 2020 | 1.023.718 | 102.672 | 12.200 | 76.200 | 88.400 | |||
Q2 2020 | 1.105.990 | 82.272 | 10.600 | 80.050 | 90.650 | |||
Q3 2020 | 1.251.026 | 145.036 | 15.200 | 124.100 | 139.300 |