lat. Tetranychus turkestani (Ugarov et Nikolski, 1937) — polifaqdır, ən çox badımcan, xiyar, pomidor, kartof, lobya, kök, kələm, günəbaxanda rast gəlir. Bəzən meyvə ağacları və qarğıdalıda da müşahidə olunur. Yarpağın zədələnən yerində sıx tor əmələ gətirir. Yayın birinci yarısında gənələrin miqdarı az olduğundan yoluxma da az olur. Ancaq uyul ayından başlayaraq gənələrlə intensiv yoluxma başlayır ki, buna akaroz yoluxma da deyilir. Ən çox akaroz yoluxma badımcan, kələm və xiyarda baş verir. Yayın sonunda badımcanın yarpaqlarının 50%-dən çoxu gənələrlə yoluxmuş olur. Hər yoluxmuş yarpaqda təxminən 150–155 ədəd yetkin fərd olur. Xiyarda və kələmdə bu vaxtlar gənələrlə yoluxma 100%-ə çatır.
Tetranychus turkestani | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Tetranychus turkestani |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Dişi fərdlər çox da böyük olmayan kaloniya halında yaşayırlar. Alaq otları, tökülmüş yarpaqlar və başqa bitki qalıqları arasında qışlayan gənələrin əksəriyyəti temperatur aşağı düşəndə məhv olur. Yazda isə müxtəlif yem və bostan-tərəvəz bitkilərinə miqrasiya edərək qidalanır, çoxalır və iri kaloniyalar əmələ gətirirlər. Təxminən 250–300 yumurta qoyan dişilər orta hesabla 30 günə qədər yaşayır. İl ərzində 8–15 nəsil verən gənələr avqust-oktyabr aylarında qırmızımtıl rəng alır və qış sığınacaqlarına çəkilirlər.
Gəncədə və Ağstafada ispanaq və çuğundur yarpaqları üzərində müşahidə olunmuşdur.