Tetraogallus caspius

Xəzər uları (lat. Tetraogallus caspius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Xəzər uları
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Dəstəüstü:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Növ:
Xəzər uları
Beynəlxalq elmi adı

Başının üstünün və boynunun lələkləri bozdur, boğazı qabaqdan ağdır. Belinin qalan hissəsi boz olub, pas rənginə çalır. Çalma lələkləri ağ, ucları tünd-qonur rəngdədir. Çinədanı, döşünün ön hissəsi maviyə çalan boz rəngdədir, bədəninin yanları kürən tünd rəngdə olub, uzununa zolaqlıdır. Qanadının üst örtük lələkləri dalğavar pas rənglidir. Dimdiyi mavi rəngə çalır. Ayaqları sarımtıl-narıncı, qüzehcəsi tünd-qəhvəyi rəngdədir.

Kiçik Qafqazın Dəlidağ, Murovdağ, Qarabağ, Küküdağ subalp qurşağında və Naxçıvanda bitkilər qismən az olan qayalıqlarda yaşamağa üstünlük verir. Yuvalamaq üçün 2600-3000 m yüksəkliyə qədər qalxır. Qış dövründə isə 1800-2500 m yüksəkliyə qədər enir.

Qış mövsümündə Azərbaycanın Dəlidağ, Murovdağ, Qarabağ, Küküdağ yaylasının cənub yamaclarında, buzlaqların yaratdığı axmaz və kiçik çayların kserofit bitkilərlə örtülmüş sahələrində olur. Sıx otlaq yerləri xoşlamır. Qar örtüyü az olan aylarda miqrasiya etmir. Qışda kiçik sürülər əmələ gətirir. Reproduktiv dövrdə cütlərə ayrılır. Yarğanlı sahələrdə yaşamağa üstünlük verir. Monoqamdır. Cücələr yumurtadan çıxdıqdan sonra erkək fərd yuva ərazisini tərk edir. Yamacların cənub-şərq, cənub-qərb ekspozisiyasında qayalar altında və ya qaya taxçası altında yuva qurur. Hər yuvasında 5-12 ədəd üzəri zeytuni-qonur rəngli və qara ləkəli yumurta olur. Kürt yatması 20 gün davam edir. Cücələr bədəni quruyan kimi yuvanı tərk edir və bir daha qayıtmır. Üçüncü həftədən başlayaraq qanadlarını yanlarına çırpır. Üç aylığında yaşlı fərdin ölçülərinə çatır.

Çox az məlumat var. Son 20 ildə Kiçik Qafqaz münaqişə ərazisi olduğuna görə hazırkı sayı haqqında məlumat yoxdur. A.İ.Xanməmmədov yazır ki, hər 1000 hektar əraziyə 135 quş düşür. Hazırkı dövrdə Naxçıvan MR də daxil edilməklə cəmi 250-300 quş qeydə alınır.

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Xəzər ularının çoxalmasına iqlim amillərinin təsiri ətraflı öyrənilməmişdir. Onların nəsil verdiyi sahədə tülkünün sayı azaldılmalıdır. İri və xırdabuynuzlu mal-qaranın otarılmasına və çoban itlərinə nəzarət güclənməlidir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qırmızı kitabına daxil edilib. Avropada həssas növ statusuna, CİTES, Bern konvensiyalarına daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yuvası olan sahədə mal-qaranın otarılması yasaq edilməlidir. Yerli əhali arasında qorunmasına dair təbliğat aparılmalıdır. Volyerdə çoxaldılıb öz yerlərinə reintroduksiya edilməlidir.