Texas Respublikası

Texas Respublikası (ing. Republic of Texas) — 1836–1846-cı illərdə Şimali Amerikada mövcud olmuş dövlət. Texas Respublikası Meksikanın şimal-şərqində istiqlaliyyət uğrunda gedən müharibənin nəticəsində yaranmışdır. 1845-ci ildə vətəndaşların azad iradəsi və öz müqəddəratını təyin etmək barədə aktın qəbulundan sonra ABŞ-nin tərkibinə daxil olmuş və ştat hüququnu almışdır.

Tarixi dövlət
Texas Respublikası
Republic of Texas və ya República de Texas
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Texas Respublikasının xəritəsi yaşıl rəngdədir. Tələb edilən sahədə açıq yaşıl, əhali içində olan bölgə tünd yaşıl rəngdə.
Texas Respublikasının xəritəsi yaşıl rəngdədir. Tələb edilən sahədə açıq yaşıl, əhali içində olan bölgə tünd yaşıl rəngdə.

Paytaxt San Antoniyo de Bexar (Meksika Teksası) San Felipe de Ostin 1835 (müvəqqəti) Vaşington-on-the-Brazos 1836 (ara) Herrisbörg 1836 (ara) Galveston 1836 (ara) Velasko 1836 (ara) Kolumbia 1836-37 Hyuston 1837-39 Ostin 1839-46
Rəsmi dilləri İngiliscəIspanca ( de fakto)
Ərazisi 1840-cı ildə 1,007,935 km²
Əhalisi 1840-cı ildə 1,007,935 km²
İdarəetmə forması Konstitusiyalı Respublika
Prezident
 • 1836 Deyvid G. Burnet
 • 1836–1838 Sem Ostin
 • 1838–1841 Mirebeyu B. Lamar
 • 1841–1844 Sem Ostin
 • 1844–1846 Anson Cons
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Texas inqilabı

[redaktə | mənbəni redaktə et]
1836–1839 illəri arasında Texas Dəniz Qüvvələrinin Dəniz Briqadası yerinə "Lone Star" (Yalnız Ulduz) Bayrağı gətirildi.

1830-cu illərin ortalarında prezident Antonio Santa-Annanın diktaturası və Meksikada hökm sürən özbaşınalıq nəticəsində dövlət tamamilə məhv olmaq ərəfəsində idi, Texas və Yukatan əraziləri konstitusiyaya uyğun olaraq-ayrılmaq arzusu adı ilə dövlətdən qoparılmışdır. Texaslıların narazılığının digər bir səbəbi də 1835-ci ildə qəbul olunmuş Texas konstitusiyası və Meksikada quldarlığın ləğv olunması idi.

  • 1835-ci il 2 oktyabrda Qonzales şəhəri yaxınlığında texaslılarla Meksika süvari dəstələri arasında baş vermiş toqquşma hərbi əməliyyatların başlanmasına səbəb oldu.
  • 1835-ci il 10 oktyabrda Qoliadda Meksika qarnizonu təslim oldu.
  • 1935-ci il 24 oktyabrda texaslılar Bexarda (indiki San-Antonio şəhəri) Meksika qarnizonunu mühasirəyə aldılar.
  • 1835-ci il 28 oktyabrda Konsepsyon yaxınlığında baş vermiş döyüşün gedişində 90 nəfər texaslı 450 nəfər meksikalının hücumunu dəf etdi.
  • 1835-ci il 4 noyabrda Lipantitlanddakı Meksika qarnizonunun təslim olması nəticəsində Bexardakı(indiki San-Antonio şəhəri) Meksika qarnizonunun sahilboyu ərazilərlə əlaqəsi kəsildi.
  • 1835-ci il 10 dekabrda Bexardakı (indiki San-Antonio şəhəri) Meksika qarnizonu təslim oldu.
  • 1836-cı il 2 martda Vaşinqton-na-Brazos şəhərində ingilisdilli yaşayış məntəqələrinin nümayəndələrinin yığıncağında Meksikadan ayrılaraq öz müstəqilliyinin elan edilməsi barədə bəyannamə elan edildi. Buna cavab olaraq Santa-Anna Texasa Meksika qoşunlarını göndərdi.
  • 23 fevral — 6 mart 1836-cı il tarixlərdə San-Antonio-de-Bexarda Alamo limanının mühasirəsi və limana hücum nəticəsində azsaylı Taxas qarnizonu məhv edildi.
  • 27 mart 1836-cı ildə Lopes de Santa-Annanın əmrinə əsasən Qoliod şəhərində Ceyms Fennin və Refuxio və Koleto yaxınlığındakı döyüşlərdə əsir düşmüş 400 nəfərə yaxın texaslı edam olundu.
  • 1836-cı il 21 apreldə Sem Xyustonun başçılıq etdiyi Texas ordusu San-Xasinto yaxınlığında baş vermiş döyüşdə Meksika ordusunun üç əsas hissəsindən birini darmadağın etdi. Prezident Santa-Anna əsir alındı. Öz həyatına əvəz olaraq o, texaslıların tələblərini qəbul etdi.
  • 1836-cı il 14 mayda Texasın rəsmi nümayəndələri və general Santa-Anna Velasko şəhərində müstəqillik haqqında müqavilə imzalandı, lakin Meksika hökuməti bu müqaviləni ratifikasiya etmədi,beləliklə müasir Texasın qərb hissəsinin hüquqi statusu qeyri-müəyyən olaraq qalmaqda davam etdi.

Texas müstəqillik dövründə

[redaktə | mənbəni redaktə et]
"Yalnız Ulduz" Bayrağı, 25 yanvar 1839-cu ildə milli bayrağa çevrildi (müasir dövlət bayrağıyla eyni)

1836-cı ilin sonlarında qəbul edilmiş konstitusiyaya əsasən Texas respublika elan edildi və quldarların hüquqları təsdiq olundu. Sem Xyuston Texas Respublikasının ilk prezidenti oldu. Dəfələrlə yerdəyişmədən sonra mərkəzi hakimiyyət 1837-ci ildə yeni paytaxt seçilən Xyuston şəhərinə köçürüldü.

Texas Respublikası beynəlxalq münasibətlərdə müstəqil dövlət kimi qəbul edilsə də, meksikalıların Texasa yürüşləri davam edirdi. 5 mart 1842-ci ildə Rafael Vaskesin başçılıq etdiyi meksilalılardan ibarət 500 nəfərlik dəstə San-Antonioya qədər irəliləməyə müvəffəq olsa da, tezliklə Rio-Qrandaya doğru geri çəkilməyə məcbur oldu. 11 sentyabr 1842-ci ildə Adrian Uollun başçılıq etdiyi 1,5 min nəfərlik Meksika ordusu San-Antonio şəhərini ələ keçirsə də, az sonra əsir götürdüyü adamlarla birlikdə geri çəkildi

Toqquşmalar Meksika hökumətinin mövqeyinin möhkəmlənməsindən asılı olaraq təxminən 10 ilə yaxın davam etdi. ABŞ rəsmi şəkildə bu mübarizəyə qarışmasa da, minlərlə ABŞ könüllüsü texaslılar tərəfindən çıxış edirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Альперович М. С. Рождение Мексиканского государства. — М.: Наука, 1979.
  • Марчук Н.Н., Ларин Е.А., Мамонтов С.П. История и культура Латинской Америки (от доколумбовых цивилизаций до 1918 года): Учеб. пособие / Н.Н.Марчук. — М.: Высшая школа, 2005.
  • Новая история стран Европы и Америки XVI–XIX века. В 3 ч. Ч. 3 : учеб. для студентов вузов / Под ред. А.М.Родригеса, М.В.Пономарева. — М.: Гуманитар. изд. центр ВЛАДОС, 2008.
  • Новейшая история стран Европы и Америки. XX век. В 3 ч. Ч. 1 : учеб. для студентов вузов / Под ред. А.М.Родригеса, М.В.Пономарева. — М.: Гуманитар. изд. центр ВЛАДОС, 2005.