Fəlsəfə doktoru (PhD; lat. philosophiae doctor və ya doctor philosophiae; ing. Doctor of Philosophy) — elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcə.[1]
Fəlsəfə doktoru elmi dərəcəsi müvafiq ali məktəbin magistratura pilləsini bitirmiş, müəyyən edilmiş imtahanları müvəffəqiyyətlə vermiş, alimlik dərəcələrinin və elmi adların verilməsi haqqında Əsasnamə ilə müəyyən edilmiş qaydada dissertasiya müdafiə etmiş şəxslərə verilir. Bu dərəcə ali məktəblərin (fakültələrin), yaxud elmi-tədqiqat müəssisələrinin ixtisaslaşdırılmış elmi şuralarının təqdimatı əsasında Ali Attestasiya Komissiyasında təsdiq olunur. Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya aktual elmi məsələnin yeni həllini verən və müəyyən bilik sahəsi üçün mühüm əhəmiyyət kəsb edən yetkin elmi tədqiqat işi olmalıdır.[2]