Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallrda nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında ekrana və ya çapa məlumat xaric edilir.