Bu məqaləni vikiləşdirmək lazımdır. |
Teymur Əlibaba oğlu İsmiyev — Azərbaycan Respublikasının əməkdar hüquqşünası,[1]Böyük Vətən Müharibəsinin veteranı,[2] vəkil, hüquq doktoru.
Teymur Ismiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kürdəmir, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquqşünas |
Təhsili | Moskva Dövlət Hüquq İnstitutu |
Mükafatları |
Teymur İsmiyev 7 iyul 1922-ci ildə Kürdəmir şəhərində anadan olub. İbtidai təhsilini şəhərin orta məktəbində alıb. 1941-ci ildə məktəbi bitirdikdən sonra yerli hərbi qeydiyyat komissarlığına könüllü olaraq müraciət edir və Bakı şəhərində yerləşən Baki Hərbi Piyada Məktəbinə göndərillir. 1942-ci ilin iyun ayında məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra 1341 Atıcı alayının "PTR" (319-cu Piyada Diviziyası.) atıcı taqımının komandiri təyin edilir. 31 iyul 1942-ci ildə baş leytenant rütbəsini alaraq, qərargahı Qroznıda yerləşən 44-cü orduya göndərilir və burada 320-ci Atıcı Diviziyasının "PTR" 481-ci atıcı alayının komandiri təyin edilir. 5 iyul 1943-cü ildə Kursk almanlar tərəfindən hücuma məruz qalır. Yaranan Kursk istiqamətindəki döyüşlərdə Teymur Ismiyev də iştirak etmişdir. Döyüşlər zamanı qolundan ağır güllə yarası alır. Əməliyyat olunduqdan sonra Azərbaycana geri göndərilir və xəstəxanaya yerləşdirilir.
Teymur İsmiyev uzun müddət müalicə alır. Ona 2-ci qrup əlilliyi verilir və eyni zamanda Böyük Vətən Müharibəsi, 1-ci dərəcəli medalla və Müharibə Veteranı Nişanı ilə təltif olunur.[3]
1946-cı ildə Teymur İsmiyev Moskva Dövlət Hüquq İnstitutunun hüquq fakültəsinə daxil olur və 1950-ci ildə institutu bitirdikdən sonra hüquq diplomunu alır.
1956-cı ildə Azərbaycan SSR Vəkillər Kollegiyası Heyətinin üzvü olur. Cinayət işlərində müdafiə sahəsində ixtisaslaşmışdır.[4] Teymur İsmiyev məhkəmə təcrübəsinə dair bir neçə məqalənin müəllifi olub. Məqalələrindən biri Sovet İttifaqının qurulmasının 50 illiyinə həsr olunmuş Azərbaycan SSR Vəkillər Kollegiyasının elmi-praktik konfransının materiallarında "Xuliqanlıq işlərində məhkəmə təcrübəsinin bəzi məsələləri" mövzusunda dərc edilmişdir.[5]
1971-ci ildə "Sovet Dövləti və Hüquq" jurnalında. SSR Elmlər Akademiyasının nəşriyyatından. Ümumittifaq Hüquq Elmləri İnstitutu. Teymur İsmiev "Xüsusilə zərərli xuliqanlıq hadisəsində müdafiə sualları" məqaləsinin müəllifi idi.
Onun çıxışları və sözləri haqqında kitab və qəzetlərdə yazılar nəşr olunmuşdur.[6][7]
4 fevral 1991-ci ildə vətəndaşların, təşkilatların, müəssisələrin mənafelərinin səmərəli hüquqi müdafiəsinə və hüquqi biliklərin yayılmasına görə İsmiyev Teymur Əlibaba oğluna da Azərbaycan Respublikasının Əməkdar Hüquqşünas fəxri adı verilmişdir.[8]
Teymur İsmiyev Sovet Müharibə Veteranları Komitəsinin və Azərbaycan SSR Ümumittifaq Bilik Cəmiyyətinin üzvü olub.
1980-ci ildə o Sovet Müharibə Veteranları Komitəsinin Ictimai Hüquq məsləhətləri sahəsində bir çox praktik iş görüb və bununla bağlı 1985-ci ildə Azərbaycan SSR Ədliyyə Nazirinin Əmri ilə təşəkkürlə təltif olunub.
Daha sonra 1995-ci ildə Ismiyev Teymur Hüquq Doktoru fəxri adına layiq görülmüşdür.
Evli idi, 4 övladı var.
Vəkilin qızı Leyla İsmiyevanın hazırladığı, Teymur İsmiyevin 100 illiyinə həsr edilmiş "Hökmdən sonra" adlı kitab çap olunub.[9]
|
|
|
|