Teymur Bülbül — Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin (Rusiya) konsertmeysteri, Rusiya Federasiyasının əməkdar artisti.
1975-ci ildə anadan olub. Teymur Bülbül professor Popovun rəhbərliyi altında Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının faqot sinfini bitirib. 1996-cı ildə hələ Moskva Dövlət Konservatoriyasının tələbəsi olarkən Çaykovski adına Akademik Orkestrdə fəaliyyətə başlayıb. İki ildən sonra Konservatoriyanı bitirərək, orkestrdə faqot sinifi üzrə konsertmeyster olur.
P.Çaykovski adına Akademik Orkestrin Rusiya və xarici ölkələrdəki çoxsaylı çıxışlarında iştirak edib. Orkestrdə konsertmeyster olduğu qısa müddət ərzində Teymur Bülbül yeni, orqanik faqot ansamblı yaradıb. Onun repertuarında simfonik orkestr üçün müxtəlif solo partiyalar var. Orkestrdəki fəaliyyəti ilə yanaşı, T.Bülbül müxtəlif proqramlarda iştirak edib.
Hazırda Teymur Bülbül dünyaca məşhur dirijor Vladimir Fadeseyevin başçılığı altında Pyotr Çaykovski adına Dövlət Akademik Böyük Orkestrin konsertmeysteri və Rusiyanın Federasiyasının əməkdar artistidir.
Teymur Bülbül atası Polad Bülbüloğlu ilə əlaqələri heç vaxt kəsməyib və ata-oğul münasibətləri indi də normal olaraq davam edir. Onun hətta atasının ikinci aləsi, ögey bacı-qardaşı ilə də isti münasibətləri var, Teymur ailə tədbirlərində yaxından iştirak edir[1].