Teymur Məmmədov (12 aprel 1997) — Azərbaycanı təmsil edən güləşçi.
Teymur Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Teymur Məmmədov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Güləş |
Teymur Məmmədov 1997-ci il aprelin 12-də anadan olub.
Teymur Məmmədov 2013-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Bir il sonra isə Teymur Məmmədov gənclər arasında Avropa və Dünya Çempionatlarının qızıl medallarına sahib oldu.
Teymur Məmmədov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Teymur Məmmədov qrup mərhələsinin birinci görüşündə Gürcüstan nümayəndəsi İveriho Culahidze ilə üz-üzə gəldi.[1] Həmin görüşdə Teymur Məmmədov rəqibinə 10:0 hesabı ilə qalib gəldi.[1] Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi CAR nümayəndəsi Elbert Steyn oldu.[1] Həmin görüşdə də Teymur Məmmədov qalib gəldi — 10:0.[1] Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Palau nümayəndəsi Ceyms Didasho oldu.[1] Bu görüşdə də qalib gələn tərəf Teymur Məmmədov oldu — 11:0.[1] Bununla da Teymur Məmmədov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı.[1] Həlledici görüşdə isə onun rəqibi Venesuela nümayəndəsi Antori Montero oldu.[1] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Teymur Məmmədov rəqibinə 8:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[1][2]