Teymur Rüstəmov

Teymur Aslan oğlu Rüstəmov (17 noyabr 1960, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1991).

Teymur Rüstəmov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Mükafatları "Tərəqqi" medalı — 2014
"Soltan Məhəmməd" mükafatı — 2013

1960-cı ildə Bakı şəhərində anadan olub.[1] 1975-1976-cı illərdə Ə. Əzimazadə adına Rəssamlıq məktəbidə və 1980-1986-cı illərdə Gürcüstan Dövlət Rəssamlıq Akademiyasında, 1988-1991-ci illərdə SSRİ Dövlət Rəssamlıq Akademaiyasında təhsil almışdır. 1991-ci ildən etibarən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2001-ci ildə "Qaradağ Sement" şirkətinin heykəltaraşlıq müsabiqəsində Həvəsləndirici mükafata layiq görülüb. 2003-cü ildə Azərbaycan rəssamlarının sərgisində iştirak edib. 2005-ci ildə "Kişi və qadın" müasir incəsənət sərgisinin iştirakçısıolub. 2006-cı ildə "Rüstəmovlar İncəsənət Evi" qalereyasının açılışı olub. İntellektualıq və fikir konkretliyi, kompozisiya aydınlığı onun bədii üslubunun əsas komponentləridir. Onun abstrakt kompozisiyaları gözəldir və dərin metnaltı məzmuna malikdir. Heykəltəraşın fiqurativ və abstrakt əsərləri harmonikliyi ilə seçilir. Muzeydə nümayiş etdirilən "Günəşvari kompozisiya "əsəri qaynaq üsulu ilə yaratdığı ilk işlərindəndir. Hər bir insanın müəyyən bir sirri olur.Bu əsəri ilə müəllif özünün daxili sirlərini əks etdirib. Teymur Rüstəmov "Yeni Aristokrat" adlanan digər əsərində isə Aristokratın həyata keçirmək istədiyi fikirlərinin sanki quş kimi qəfəsdə qalmasını göstərməyə çalışıb. Daxilən monarxist düşüncə sahibi olan və həyatda hər bir şeyin tarazlıqda verilməsini sevən heykəltaraş əsərlərində bunları əks etdirməyə nail olub.

Eskpozisiyada rəssamın "Mən inanıram kompozisiyası", "Yeni Aristokrat" (bürünc), "Günəşvari kompozisiya" (bürünc, qranit) əsərləri nümayiş olunur.

  1. "Əsrlərin qovuşağında: Teymur Rüstəmov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.