Teymur Rzayev

Teymur RzayevAzərbaycan rəssamı, Azərbaycan Respublikası Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.

Teymur Rzayev
Doğum tarixi (65 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam, tədqiqatçı

Teymur Rəsul oğlu Rzayev 1959-cu il iyulun 15-də Bakı şəhərinin Xırdalan qəsəbəsində anadan olmuşdur. 1966–1974-cü illərdə ibtidai təhsilini Abşeron Rayonu Xırdalan orta təhsil məktəbində almışdır. 1975–1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almış, bakalavr və magistr proqramını professor Mikayıl Abdullayevin emalatxanasında tamamlamışdır. 1985–1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında professor Devyatov M. M. emalatxanasında təhsilini davam etmişdir. 2004–2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır.2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent adı verilmişdir. 2014-cü ilin iyulunda Türkiyə Universitetlərarası İdarə Heyəti tərəfindən Plastik Sənətlər Sahəsində dosent adı verilmişdir. 2020- ci il Türkiyə Cümhuriyəti Yeditəpə Universiteti Gözəl Sənətlər Fakultəsi Plastik Sənətlər-Rəsim bölümünündə Professor ünvanı verilmişdir və Professor olarak çalışmalarına dəvam edməkdədir.

Ailəlidir. İki övladı var.

Teymur Rzayev 1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olmuşdur, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1992–1994-cü illər ərzində Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994 2006-cı illərdə isə İstanbul şəhəri İstək Kamal Ataturk liseyində müəllim işləmişdir. 1993-cü ildə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Mərkəzində fərdi sərgi təşkil etmiş və həmin il "İstək" Fondunun qurucusu və sədri Bedrettin Dalan tərəfindən İstanbula dəvət edilmişdir. 2005-ci ildən etibarən YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Üzvlüyə Qəbul Komissiyasının üzvüdür. 1998–1992-ci illərdə Azərbaycan Dövlət Yaradıcılıq Təşkilatının Rəsm bölməsində rəssam kimi çalışmışdır. 2006-cı ildə Azərbaycanın Diasporla İş uzrə Dovlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən xaricdə yaşayan rəssamların koordinatoru seçilmişdir. 2006–2015-ci illərdə Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləmişdir. 2011-ci ildə Xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kitabın redaktoru olmuşdur. 2015-ci ildən indiyə qədər Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində dosentdir. 2020 ilindən Türkiyə Cümhuriyəti Yeditəpə Universitəsi Gözəl Sənətlər Fakultəsi Plastik Sənətlər- Rəsim Bölümündə Professor kadrosunda çalışmaqdadır.

1991-ci ildə SSRİ Rəssamlar Birliyinə üzv olmuşdur, hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildə YUNESKO-da UPSD-in (Beynəlxalq Plastik Sənətlər Dərnəyi) üzvü və üzvlüyə qəbul Komissiyasının idarə heyətinin üzvü olmuşdur. 2006-cı ildə Azərbaycanın Diasporla İş uzrə Dovlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Türkiyədə yaşayan rəssamların koordinatoru seçilmişdir. 2011–2016-cı illərdə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir. 2015-ci ildən bu günə qədər Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən nəşr olunan "Azərbaycanın səsi" aylıq jurnalının Akademik heyətinin üzvüdür. 2016-cı il iyunun 4-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.

2008-ci ildə Yeditepe Universitetində Gözəl Sənətlər Fakültəsinin Plastik Sənətlər Bölümündə Rəsm Emalatxanası layihəsinin təsisçisi və icraçısı kimi çalışmışdır. 2015-ci ildə Nizami Gəncəvi irsinin dünya təhsil sistemində tədrisi ilə bağlı layihədə, həmçinin, həmin ildə Çanaqqala Döyüşündə şəhid olan azərbaycanlıların xatirəsinə Abidə ucaldılması ilə bağlı layihələrdə iştirak etmişdir.

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə "Əməkdar rəssam" fəxri adı verilmişdir. 2013-cü il iyulun 5-də 3-cü Qəbələ Beynəlxalq İncəsənət Sərgisi "Portretlərin Melodiyası" müsabiqəsində "Fevzi Karakoç Portreti" ilə Klassik Portret nominasiyasında birincilik Mükafatını qazanmışdır (Qəbələ, Azərbaycan). 2013-cü ildə Rusiya İncəsənət Akademiyası İdarə heyəti tərəfindən Böyük Yaradıcılıq və Xeyirxahlıq Fəaliyyətinə görə Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Sereteli tərəfindən təqdim edilən "İvan İvanoviç ŞUVALOV" medalı ilə təltif olunmuşdur (28 May — Moskva, Rusiya). 2015-ci ildə Rusiya İncəsənət Akademiyası İdarə heyətinin qərarı ilə Rusiya və Türkiyə arasındakı sənət körpülərinin təməlinin atılmasına verdiyi töhfələrə görə "Akademiyaya xidmət" qızıl medalı təqdim edilmişdir (26 May – İstanbul).

2016-cı ilin iyununda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında ilə xalqlar arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif edilmişdir.

2017-ci il sentyabrın 12-də Teymur Rzayev Rəsul oğlu Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib.[1]

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi. "Biz Azərbaycanlıyıq". 2011. ISBN 978-9952-8110-5-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]