Teymur bəy Həsənbəyov (1861-?) — xalq qəhrəmanı, məmur, hüquqşünas.
Teymur bəy Həsənbəyov | |
---|---|
Teymur bəy Abbasqulu bəy oğlu Həsənbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası |
Teymur bəy Abbasqulu bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakı real məktəbində oxumuşdu. Qəza idarəsində xidmətə başlamışdı. Ağdam nahiyəsinin polis pristavı vəzifəsində çalışmışdı. Gəncənin polismeystri olmuşdu. 1905-1906-cı illərdə camaatı erməni silahlı çetelərinin əlindən qurtarmışdı[1].
Teymur bəy Həsənbəyov kollej qeydiyyatçısı, titulyar müşavir, kollej asesssoru, saray müşaviri, kollej müşaviri, mülki müşavir mülki çinlərini daşıyırdı.
O, 17 dekabr 1916-cı ildə vəfat edib.
Teymur bəy Fatma xanım Ata xan qızı Əbraxanova ilə ailə qurmuşdu. Abbas bəy, Maqsud bəy adlı oğulları, Dilruba xanım, Səmayə xanım, Sara xanım və Xurşid xanım adlı qızları vardı.