The İstanbul Edition

The İstanbul Editionİstanbulda otel.

The İstanbul Edition
Xəritə
Ümumi məlumatlar
Növü Otel
Ölkə
Koordinatlar 41°04′31″ şm. e. 29°00′55″ ş. u.

"The İstanbul Edition" hoteli İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC bankın binasının yerində yaradılıb.

Hotelin rəsmi açılışı 4 may 2011-ci ildə keçirilib. Qırmızı lenti Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyin Avni Mutlu, Mübariz Mənsimov və ortağı İsgəndər Xəlilov kəsiblər.

Açılış mərasiminə Hollivud ulduzu Diane Kruge və sevgilisi Joshua Jackson, ingilis modelyeri Riçard Nicoll, o cümlədən Mübariz Mənsimovun yaxın dostları qatılıb. Qonaqlara şampana qonaq ediliblər. Səhnədə müğənni Sezən Aksu yer alıb.

Qeyd edək ki, 2 il ərzində binanın 78 nömrəsi olan hotelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Hotelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Hoteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır. Otel "Marriott International"ın "Editon" markası altında fəaliyyət göstərəcək. Bu, "Editon" markası altında fəaliyyət göstərən dünyada ikinci, Avropada isə birinci otel olacaq. Hotelə Palmali Şirkətlər Qrupu ilə birlikdə "İSR Group" da sərmayə qoyub. Hoteldə dünyanın restoran və cecə klubları sırasında ən məşhur olan markalar da fəaliyyət göstərəcək. Bu sırada məşhur gecə klubu "Billionarire Club" da var. Bu kluba qrupla gələnlərin ən azı 270 dollarlıq bir içki butulkası açdırması gərəkdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]