The Nails

The Nails-in ilk musiqilərini yaratmaq cəhdi 2007-ci ilin mart ayına təsadüf edir. Heç də pis nəticənin alınmamasına baxmayaraq bu, qeyri-ciddi idi. 2008-ci ilin əvvələrində qrupun məşq üçün stabil yeri var olsa da, stabil musiqiçi tərkibi yox idi. Sonda isə əvvəlcədən bütün bunları həyata keçirən cəmi iki nəfər qalır – Əliyev BəxtiyarHəsənov Ziyad . Dostlar ruhdan düşmədi və 3 mahnıdan ibarət materiallarını yazıb tamamladılar . Zərbçini müvəqqəti olaraq drum-machine əvəz etdi. Elə həmin il 13 iyulda The Nails " Dark Line II " konsertində uğurla çıxış etdikdən sonra əvvəl hazırlanmış 3 mahnı və 1 coverdan ibarət ilk Demolarını yazdı. Qrup noyabrın 2-də "Next Generation", dekabrın 14-də isə "Fikir azadlığı" konsertində iştirak edir. 2008-ci ilin dekabrında qrupa yeni klavişnik – Dinara İsmayılova qoşulur ki, o, artıq fevralın 22-də " Dark Line III " konsertində yaxşı çıxış etmiş olur. Bir aydan sonra qrup " Yaz konsertində" çıxış edir. Bir müddət sonra The Nails "Dark Line III" konsertində səslənmiş 5 mahnıdan ibarət ikinci demo albomu dinləməyə çıxarır. 2009-cu ilin avqustundan dekabra qədər The Nails Darkline-nin dəstəyi ilə keçilirmiş bir neçə konsertdə iştirak edir və nəhayət, 2010-cu ilin yanvarında " Стремление к жизни " adlı ilk studiya albomlarını yazır. Albomun yazılışından sonra gitarist Həsənov Ziyad qrupu tərk edir. Beləliklə, The Nails yeni musiqiçi tərkibi ilə aktiv məşqlərə və yeni material yazmağa davam edir.