The Ranchers

The Ranchers2013-cü ildə Bakı şəhərində yaradılmış Azərbaycan rok-blyuz qrupu. Adının tərcüməsi "ranço sahibləri" mənasına gəlir. İfaları əsasən blyuz, hard-rok, kantri, bugi, folk-rok janrlarındadır.

The Ranchers
Əsas məlumatlar
Üslub blyuz
hard-rok
kantri
bugi
folk-rok
Fəaliyyət illəri 2013—h.h.
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Heyət Coşqun Hüseynov
Elvin Emin
Elgün Ataxan
Qoşqar Umarov
Keçmiş üzvlər

Elmin Ataxan Yusif Qasımlı

Səbuhi Abbasov

Elvin Emin, Qoşqar Umarov, Coşqun Hüseynov tərəfindən əsası qoyulan qrup zərbdə ifa edən Elmin Ataxanın, bassist Yusif Qasımlının da qrupa qoşulmasından sonra ilk məşqlərinə 2013-cü ilin noyabr ayında başlayır. Daha sonra Elmini onun qardaşı Elgün Ataxan, Qoşqarı isə vokalda çıxış etmək üçün Səbuhi Abbasov əvəz edir. Daha sonra qrupdan ayrılan Bassist Yusif Qasımlını Qoşqar Umarov əvəz edir. 2015-ci ilin aprel ayında Səbuhi Abbasov da qrupdan ayrılır və hazl-hazırda qrup sessiya vokalistləri ilə işini davam etdirməkdədir.

  • Coşqun Hüseynov - ritm gitara, klaviş
  • Elvin Emin - solo gitar
  • Qoşqar Umarov - bass gitara
  • Elgün Ataxan - zərb alətləri
  • Əhl-i Blues [1]
  • Yenidən [2]
  • İnsanoğlu [3]
  • Yaşamağa Dəyər [4]
  • Qarmaqarışıq [5]
  • Yerin Təkindən [6]
  • Həmin Ranço [7]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. The Ranchers - Əhl-i Blues
  2. The Ranchers - Yenidən
  3. The Ranchers - İnsanoğlu
  4. The Ranchers-Yaşamağa Dəyər
  5. "The Ranchers-Qarmaqarışıq". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-27.
  6. The Ranchers-Yerin Təkindən
  7. The Ranchers-Həmin Ranço