The Velvet Underground (The Velvets olaraq da tanınır) — 1965-ci ildə Amerikada qurulan rok qrupudur. Lu Rid qrupun ən məşhur üzvüdür.
The Velvet Underground | |
---|---|
Ümumi məlumatlar | |
Milliyyəti |
Nyu-York |
Musiqiçi məlumatları | |
Fəaliyyət illəri |
1965 - 1973 1990 1992 - 1994 1996 |
Janrlar |
eksperimental rok art rok protopank avanqard musiqi |
Albom şirkətləri |
Verve Records Atlantic Records Polydor Records Metro-Goldwyn-Mayer Mercury Records Cotillion Records |
Mükafatları | |
velvetundergroundmusic.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qrupun adı «The Velvet Underground» Maykl Leyin sadomazoxizm haqqında yazdığı bir kitabın adıdır. Lu Rid 1965-ci ildə öyrənmək üçün üçün Nyu-Yorkda Con Keyl ilə tanış olur. Lu ilə Con dostlaşır və qrup yaratmağa qərar verirlər. Qrup üçün əvvəl müxtəlif adlara müraciət etsələr də (The Warlocks, The Falling Spikes), sonradan «The Velvet Underground» adlandırmağa qərar verirlər.
Lunun dostu Sterlinq Morrison ve Keylin dostu Anqus Maklaysın qoşulması ilə qrup yavaş-yavaş özünü göstərməyə başlayır. Qrup səhnəyə çıxmaq üçün verilən pulu qəbul edəndə Maklays qrupdan ayrılır. Sənət üçün qrupa qoşulduğunu, pulu qəbul etməyəcəyini deyir. Daha sonra 21 yaşında olan qız Morin Taker 1965-ci ildə qrupa daxil olur. Qrup artıq öz yerini tutur.
Qrup gündən-günə şöhrətlənməsinə baxmayaraq heç bir albomu olmur. Endi Uorhol qrupu çıxış etdikləri yerdə dinləyir. Bəyənir, qrupun meneceri olur. Uorhol, keçmiş model, müğənni olmaq istəyən alman əsilli Nikonu qrupa dəvət edir. Uarholun sayəsində qrupun albomu çıxır.
Albomun üz qabığını Endi Uorhol dizayn etmişdir. Uarholun "Peel Slowly and See" adlı bu işi, 1995-də çıxan 5 CDlik yığmanın da adı olmuşdur.
The Velvet Undergroundun bir çox mahnısı başqa qruplar tərəfindən ifa edilib.