Theremin

Termenvoks (ing. theremin və ya thereminvox) — 1918-ci ildə rus ixtiraçısı Lev Termen tərəfindən yaradılmış elektromusiqi aləti. Alətin ən məşhur xüsusiyyəti onu çalarkən ifaçının alətlə təmasına ehtiyac olmamasıdır.

1928-ci ildə ixtiraçısı tərəfindən patentləşdirilmişdir. Orijinal adı termenvoks və ya ezerfondur. İfa iki metal anten sayəsində təmin edilir. Bu antenlər aləti çalan adamın əllərinin mövqeyinə görə səs çıxarırlar. Bir əl ilə titrəyiş dalğaları göndərilir, digər əl ilə isə səsin şiddəti müəyyən edilir. Elektrik siqnalları termenvoks üzərində yaradılır və səs dinamiklərinə göndərilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]