Thermopsis lanceolata

Neştərvari termopsis (lat. Thermopsis lanceolata)[1] - termopsis cinsinə aid bitki növü.[2]

Neştərvari termopsis
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası:

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Yerüstü hissələri üfüqi və şaquli kökləri, çoxsaylı düyünləri, əlavə kökləri, 2m və daha çox dərinliyə gedə bilir. Gövdəsinin hündürlüyü 60sm, düz, şırımlı, aşağı hissələri azacıq odunlaşmış, tükcüklü və budaqlanandır. Gövdəsi sıx örtüklə örtülən yarpaqcıqlardan ibarət uzunsov və ya uzunsov-neştərşəkilli formalı, uzunluğu 2,5-8sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Hər bir yarpağı 2 neştərşəkilli yarpaqcıqdan ibarətdir. Çiçəkləri sarımtıl kəpənəkçiçəklilər tipindən ibarət olan tacdan, uzunluğu 3sm, kiçik kasa yarpaqlarından və sonu 20 sm uzunluğunda fırça ilə qurtarır. Meyvələri xətti, düz və ya azacıq qövsşəkilli, 7-15sm, toxumlarının uzunluğu 1-9 sm, eni isə 1sm-ə bərabərdir. Toxumları yaşılımtıl-qara, uzunluğu 3-5, eni isə 2-3,5 mm-ə bərabərdir.[3]

Bitkinin xammalı butonizasiya başlayan vaxtda (may-iyun) toplanılmalıdır. Eyni zamanda çiçəkli bitki və çılpaq zoğları toplanılır. Toxumları tam yetişmə zamanı toplanılmalıdır. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı (40ОС) naveslərdə, çardaxda 1-2 sm qalınlığında 50-60ОС temperaturda, quruducu şkafda qurudulmalıdır.

Ot və toxumu B siyahısına daxildir. Saxlanılma müddəti 2 ildir.

İysiz, qeyri-müəyyən dadlı olub, zəhərlidir.[3]

Tərkibi və təsiri:

[redaktə | mənbəni redaktə et]

Gövdəsinin tərkibində 1-2,5% alkaloidlər, xinolizidin törəmələri vardır. Bundan başqa termopsin, hemotermopsin, paxikarpin, anaqirin və başqa maddələr vardır. Eyni zamanda tərkibində termopsilançin qlükozidi, saponinlər, aşı maddələri və qatran vardır.[3]

Analeptik dərmandır. Qanda nikotinin qatılığını aşağı salır.

Yabanı çoxillik ot bitkisi olan termopsis otu çiçəkləmə başlayan zaman otu keyfiyyətli xammal və dərman hesab edilir. Keyfiyyətli dərman kimi bitki və toxumlarından istifadə edilir. Toxumlarının tərkibində 2-3% alkaloidlər və çitrizin tapılmışdır.

Neştərşəkilli termopsis toz, cövhər. Öskürəkkəsici dərmandır.

Termopsis həb (termopsis tozu 0,01q, natrium hidrokarbonat 0,25q). Öskürəkkəsici dərmandır.

Kodelak həb. Öskürəkkəsici dərmandır.[3]

Termopsis ekstraktı. Öskürəkkəsici dərmandır.

Termopsis quru ekstraktı, həb 0,05q. Öskürəkkəsici dərmandır.

Yeniyetmələr üçün öskürəkkəsici mikstura. Öskürəkkəsici dərmandır.

Sititon 0,15 % məhlul (sitizin alkaloidi). Analeptik dərmandır.

Tabex həb, 0,0015q (sitizin alkaloidi). Nikotin düşüncəsini təcrid etmək üçün.[3]

Plenki 0,0015q. Nikotin düşüncəsini təcrid etmək üçün.

Otundan öskürək əleyhinə keyfiyyətli məhlul, ekstrakt və toz hazırlanır. Toxumlarından alınan çitizin maddəsindən hazırlanan çitito preparatı tənəffüs mərkəzini qıcıqlandıran keyfiyyətli dərman maddəsidər. Çitizindən eyni zamanda tabeks adlı dərman hazırlanır ki, bu dərmandan siqaretin tərgidilməsində istifadə edilir.[3]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 1 2 3 4 5 6 S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333