Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tomas de Vaal (ing. Thomas de Waal; 7 dekabr 1966, Nottingem, İngiltərə) — britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi; Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssisdir.
Tomas de Vaal | |
---|---|
Thomas de Waal | |
Doğum tarixi | |
Doğum yeri | Nottingem, Böyük Britaniya |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, yazıçı, təhlilçi |
Vikianbarda əlaqəli mediafayllar |
Bir çoxları kimi Tomas de Vaal da the BBC World Service, the Moscow Times, və The Times üçün çalışmışdır. 2008-ci ilin dekabrınadək o, Müharibə və Sülh Xəbərləri İnstitutunda Qafqaz üzrə redaktor, sonralar isə sülhməramlı QHT olan Barışıq Resurslarında tədqiqatçı olaraq çalışmışdır. O, "Çeçenistan: Qafqazda fəlakət" kitabının (New York 1998) həmmüəllifi və "Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabının (New York 2003) isə müəllifidir. Müəllif, Oksfordda yerləşən Balliol Kollecini Müasir Dillər (Rus və Müasir Yunan dili) Birinci dərəcəli fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazdığı kitabının rus dilinə tərcümə edilmiş versiyasını təqdim etmək üçün Rusiyaya gəlmək istəyən müəllifə Rusiya Xarici İşlər Nazirliyi viza verməmişdir. Səbəb olaraq isə qeyd etmişdilər ki, "dövlət təhlükəsizliyini təmin etmək məqsədilə" viza verməmək hüququnu özündə ehtiva edən qanuna istinad etmişlər.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |