Thymus ararati-minoris

Fedçenko kəklikotu (lat. Thymus fedtschenkoi) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab(i,ii,iii,iv,v).

Fedçenko kəklikotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kiçik Qafqazın mərkəzində geniş yayılmışdır. Azərbaycanda arealı dardır. Azərbaycan daxilində Kiçik Qafqazda bitir. Yuхarı dağ zоlaqlarında, daşlıq yamaclarda rast gəlinir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qısa, sürünən zoğları olan, çox alçaq yarımkolcuq-dur. Çiçək saplaqlı budaqları nazik, hündürlüyü 3-7 sm, sıx və çox qısa tükcüklüdür. Yarpaqları saplaqlarda, qalıntəhər, təxminən eyni ölçülü, yumurtavari, uzunluğu 4-5 mm, eni 2,5-3 mm, çılpaq, sıx nöqtəli-vəzicikli, kənarları uzun tükcüklüdür; yan damarcıqları iki cüt, qalındır. Çiçək qrupu başcıqlıdır. Çiçək saplaqları qısa tükcüklüdür. Kasacığın uzunluğu 3,5-4 mm, zəngvari, üstü çılpaqdır; yuxarı dişcikləri çox qısa, üçküncdür. Çiçək tacı ağ, üstdən tükcüklü və sıx, nöqtəli-vəziciklidir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Təbiətdə əsasən toxum vasitəsi ilə çoxalır.

Efir yağlı, fitonsid xüsusiyyətə malik bitkidir. Yarpaqlarında yeyinti sənayesində ədviyyat kimi istifadə edilir.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş mühafizə tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Thymus ararati-minoris Klokov & Des.-Shost.
  • Thymus fedtschenkoi var. handelii (Ronniger) Jalas
  • Thymus kjapazi Grossh.
  • Thymus kotschyanus var. handelii Ronniger