Zaqafqaziya kəklikotusu (lat. Thymus transcaucasicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin kəklikotu cinsinə aid bitki növü. Azərbaycanın nadir bitkisidir. CR B1ab (i,ii,iii).
Zaqafqaziya kəklikotusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Zaqafqaziya kəklikotusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qafqazda yayılmışdır. Azərbaycanda Kiçik Qafqazda bitir və arealı dardır. Orta və yuxarı dağ zolaqlarında quru yamaclarda rast gəlinir.
Sürünən meyvəsiz zoğları olan yarımkolcuqdur. Çiçək saplaqlı budaqlarının hündürlüyü 10-30 sm, bəzən budaqlı, sıx tükcüklüdür. Yarpaqları saplaqlarda, təxminən hamısı eyni, çox nazik, az bilinən nöqtəli vəzicikli, yumurtavari-uzunsovdan enli-yumurtavariyədək, uzunluğu 7–15 mm, eni 3–10 mm, alt tərəfi damarcıqlarda tükcüklü, yan damarcıqları 2-3 cütdür. Çiçək qrupu başcıqlı və ya uzunsovdur. Çiçək saplaqları uzun, tükcüklüdür. Kasacığın uzunluğu təxminən 5 mm olub alt tərəfi tükcüklüdür. Kasacığın yuxarı hissəsində olan dişciklər ensiz-lansetvari olub, kənarları tükcüklüdür. Çiçək tacı qırmızı, tükcüklüdür. VI-VII aylar arasında çiçəkləyir, VIII ayda meyvə verir.
Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi haqda məlumat yoxdur.
Qəbul edilmiş mühafizə tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi tövsiyə edilir.