Ticarət mərkəzi

Ticarət mərkəzi

Ticarət mərkəzi - müxtəlif məhsulların satışı mövzusunda ümumiyyətlə bir firma tərkibində bəzən də kooperativ olaraq fəaliyyət göstərən böyük satış mağazası. Mağaza, böyüklüyünə görə reyonlardan meydana gələ biləcəyi kimi bir mağazalar birliyi şəklində də ola bilər.

Ən böyük alver mərkəzi 1986dan bu yana fəaliyyətdə olan və dünyanın ən böyük ticarət mərkəzi olaraq Ginnesin Rekordlar Kitabına girən Kanada Edmonton, Albertadakı "West Edmonton Mall"dır.

Son illərdə insanlarda inkişaf edən ticarət mədəniyyəti fərqlilik göstərərək küçə mağazalarından şəhər ticarət mərkəzlərinə maraq artmışdır. Ticarət mərkəzləri insanlara ticarətin yanında əyləncə, kino, fəaliyyət və müxtəliflik kimi imkanlar da təqdim etdiyi üçün insanların mərkəz nöqtəsi halına gəlmişdir. Və böyük bir sürətlə bütün dünyada yeni ticarət mərkəzləri açılmaqdadır.

Saytda ticarət