Tidorе (ind. Pulau Tidore) — Malukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşən ada. Halmahera adasından qərbdə yerləşir.
Tidore adası | |
---|---|
ind. Pulau Tidore, | |
Ümumi məlumatlar | |
Sahəsi | 116 km² |
Hündür nöqtəsi | 1730 m |
Əhalisi | 78.618 nəfər (2003-cü il) |
Yerləşməsi | |
0°41′00″ şm. e. 127°24′00″ ş. u. | |
Ölkə | İndoneziya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tidore öz növbəsində aktiv vulkandır. Vulkanın hündürlüyü 1730 m təşkil edir. Adanın cənubunda vulkanın qolu olan Kiematabu yerləşir.
İnzibati mərkəzi — Saosio adanın şərq qutaracağında yerləşir. Burada Qoto limanı vardır. Şəhərin bu hissəsində bazar və avtovağzal fəaliyyət göstərir. Şəhərdə yerləşən sultan sarayı 2010-ci ildə restavrasiya olunmuşdur[1].
Tidore sultanlığı 1109 il formalaşmışdır. Onun iqtisadiyyatının əsasını ədva istehsalı təşkil edirdi. Mövcudluğunun böyük hissəsini qonşu Ternate sultanlığının kölgəsində olmuşdur[2].
Bir müddət krallıq öz bölgəsinin iqtisadi və siyahi baxımından güçlü dövlətlərindən olmuşdur.
Tidore sultanlarının bir qisminin dönəmində onlar öz hakimiyyətlərini Halmahera, Buru, Ambon və Yeni Qvineya yaxınlığında yerləşən bir çox adalara yaya bilmislər. Tidore hökuməti İspaniya imperiyası ilə müttəfiq olmuş, ispanlar Tidoredə bir necə liman inşa etmişlər. Müttəfiqlər arasında fərqliliklərə baxmayaraq bu birlik Ternate və Hollan birliyinə qarşı zərurətdən doğmuşdu. Tidorenin müstəqilliyinin qorunub saxlanması isoanlara əlverişli idi. Belə ki, holladları böldgədə güçlənməsinə imkan vermirdi. Üstəlik müttəfiqlikdən irəli gələrək onun təsir dairəsinə xidmət edirdi.
İspanların Tidore və Ternateni tərk etməsinfən sonra 1663 ildə Tidore sultanlığı bölgənin ən güçlü dövlətlərindən birinə çevrilir. İspanların gedişindən sonra hollandlarda mübarizə davam etdirilirdi. Hollandlar bölgəni işğal etmək niyyətindən əl çəkmirdilər. Bununla belə Tidore hollandlara satdığı ədvalardan əldə etdiyi gəliri ölkənin inkişafına səf edirdi. Bu xüsusi ilə sultan Sayfuddinin (1657—1689) hakimiyyəti illərinə təsadüf edirdi. Buna görədə yerli siyasətçilər vəziyyəti belə görüb hövlətdə hərbi yardımlar məsələsində xəsislik etmirdilər. Bu kimi vəziyyət digər regionlarda müşahidə edilmirdi. Ternata hakimiyyəti isə hərbi kömək üçün hollandlara müraciət edirdi. Portuqalların güçlü təsir dairəsində olmasına baxmayaraq Tidore öz müstəliyyinini XVIII əsrə qədər davam etdirmişdir. Holladların təziqi ilə Tidorenin zəyifləməsi müşahidə edilir. 1781-ci ildə şahzadə Nuku Tidoreni tərk edərək Papuaya gedir və özünü ornın sultanı elan edir. Bu genişmiqyaslı partizan müharibəsinə səbəb olur. Britaniyalılar Nukunu dəstəkləyirlər. Kapitan Tomas Forest Nuku ilə əlaqə yaradan şəxs və faktiki ingiltərənin bölgədə səfiri rolunu oynayırdı. Huku hollandlara qarşı əsas müttəfiq rolunu oynayırdı.
Sultanlıq öz fəaliyyətini Əhməd Solarnonun təziqi ilə dayandırır və İndoneziya ərazisi elan edilir. 1999-cı ildə baş verən konflikt zamanı böyük zərər görmüşdür.
Ada Şimali Maluku vilayətinə daxildir. Bölgənin ərazisi 1550 km² təşkil edir. 2003 il məlumatına görə 78 617 insan yaşayır.
Bölgəyə iki iri ada daxildir:Oba və Tidore. в свою очередь подразделяется на 5 районов (kecematan): Оба, Соверная Оба, Тидоре, Южное Тидоре и Северное Тидоре.