Tiflisin yolları

Tiflisin yolları — sözləri və musiqisi Cabbar Qaryağdıoğluna məxsus olan bu mahnı XIX əsrin sonlarında yaranıb. Xanəndə gənc yaşlarında nəinki Şuşada, Qarabağda, Cənubi Qafqazda, hətta İranın bir çox şəhərlərində toy məclisləri aparardı. Belə məclislərin biri də Tiflisdə olub. Bu şəhərin gözəlliyi, qədimliyi Cabbar Qaryağdıoğlunu valeh edib. Bu vurğunluğun ifadəsi olaraq "Tiflisin yolları" mahnısını yazıb. Bu mahnı dövrünun bir çox xanəndələri tərəfindən ifa edilib. Xalq mahnısı kimi məşhurlaşıb.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]