Tikbalan

Tikbalanq (həmçinin Tiqbalanq, Tiqbalan, TikbalanTikbolan) — Filippin folklorunda məxluq. Tikbalanq uzunboylu, qeyri-mütənasib şəkildə uzun ayaqlara və at başına malikdir.[1][2]

Tikbalanq
Tikbalanqın bir illüstrasiyası
Tikbalanqın bir illüstrasiyası
Mifologiya Filippin
Yer Filippin
Mənşəyi Hinduizm

Tikbalanq personajının yaradılması e.ə. II minilliyə təsadüf edir.[3] Məxluğun formalaşmasına Hinduizm dini çox böyük təsir göstərmişdir. Regionun qədim yerliləri monoteistikanimistik bir dinə inanırdı. Məxluq avropalılar tərəfindən ilk dəfə 1589-cu ildə, İspaniyanın regionda yürütdüyü müstəmləkəçilik siyasətinin ilk günlərində Xuan Deplasensiya tərəfindən qeydə alınmışdır. Hinduizm dini e.ə. 3000-ci ildə, indiki Hindistanda yaranmış, 200-cü illərdə isə Cənub-Şərqi Asiyaya yayılmışdır. Tikbalanqın formalaşmasında Hindu tanrısı Vişnunun avatarı Hayaqriva çox böyük təsir göstərmişdir.[4]

Tikbalanq ümumiyyətcə qaranlıq meşələrdə, az əhaliyə malik yerlərdə yaşayır. Yerli əfsanələrə görə, Tikbalanq Benqal ənciriSterkuliya ağaclarının üzərində yatır.[5]

  1. Yevqen, Damiyana L. Philippine Folk Literature An Anthology. University of the Philippines Press. 2008. səh. 247. ISBN 978-971-542-536-0. 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-08.
  2. Delos Rey, İzabelo. El Folk-Lore Filipino (ispan). Imprenta de Santa Cruz. 1890. 66–69. ISBN 978-971-542-038-9.
  3. Klark, Cordan. "Tikbalang: The Horse Demon" Episode 01,. Creatures Of Philippine Mythology. 2015. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-10. (#apostrophe_markup)
  4. "TIKBALANG: The Horse Demon – DOCUMENTARY". The Aswang Project. 22 oktyabr 2015. 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-10.
  5. Anouevo, Viktoriya; Dandan-Albano, Kora. Ang Tikbalang Kung Kabilugan ng Buwan. Keson: Adarna House, Inc. 2004. ISBN 978-971-508-250-1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]