Tiliço (göl)

Tiliço gölüNepalda kar mənşəli yüksək dağ gölü. Mərkəzi Himalayda yerləşir. Dəniz səviyyəsindən 4919 metr hündürlükdə yerləşir. Tiliço gölü həm də eyni adlı Tiliço (7134 m) dağının ətəyindədir[1].

Tiliço
nep. तिलिचो
Tiliço gölü və Tiliço zirvəsi
Tiliço gölü və Tiliço zirvəsi
Ümumi məlumatlar
Tipi kar
Mütləq hündürlüyü 4919 m
Eni 1,2 km
Uzunluğu 4 km
Sahəsi 4,8 km²
Həcmi 0,155 hm³
Dərin yeri 75 m
Yerləşməsi
28°41′00″ şm. e. 83°51′24″ ş. u.HGYO
Ölkə  Nepal
Tiliço xəritədə
Tiliço
Tiliço
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tiliço gölü Annapurna dağ massivinin şimal-qərb hissəsinə aiddir. Gölün cənub-qərb sahilində, 2000 metr hündürlükdən qar və buzla örtükü Tiliço zirvəsi yerləşir. Tiliço gölü şimal-qərbdən cənub-şərqə doğru dartılmış formadadır. Gölün uzunluğu — 4 km, eni isə təxminən 1 km-dir. Göl əsasən Tiliço zirvəsindən əriyən qarın suyu ilə qidalanır. Göl səthində tez-tez buzlaqdan ayrılmış kiçik asyberqlər görsənir[2]. Dekabr ayından may ayına kimi Tiliço gölü buz qatı ilə örtülü olur. Tiliço zirvəsinin olduğu sahil qar uçqunlarına görə təhlükəli zona hesab olunur.

Fauna və florası

[redaktə | mənbəni redaktə et]

Tiliço gölünün sularında yaşayan yeganı canlı — planktondur. Gölün yerləşdi ərazidə irbislərə və naxurlara rast gəlinir.

Tiliço gölünün sahili tez-tez "Annapurna ətrafında trek" marşrutu ilə səyahət edən turistlərin sevimli məkanıdır. Göl əsas marşrut yolundan kənarda yerləşsədə dağ turizmi həvəskarları gölü ziyarət edirlər. Tiliço gölünün cənub sahilində kiçik çay evi fəaliyyət göstərir. Əsasən yay mövsümündə işləyir.

Tiliço gölünə əsas iki marşrut mövcuddur: Mananq kəndinin şırqindən (əksər turistlər bu yoldan istifadə edir) və Comosom şəhərinin qərbindən. Bu marşrut daha çətindir və ancaq peşəkar dağçılar istifadə edir.


Mananqadan başlayan marşrut

Mananqa kəndindən (hündürlük 3500 m) qərb istiqamətdə Kxanqsar kəndinə (hündürlük 3750 m) doğru gedir. Daha sonra Marsyandı çay dərəsi ilə Tiliço əsas düşırgəsinə kimi davam edir. Əsas düşərgəyə üç cığır mövcuddur:

  • çay sahili boyu gedən cığır — Marsyandi çayının aşağı axarları boyu gedir və əsas düşərgəyə qalxan yamacda bitir. Yol az tanınır və tez-tez baş verən sürüşmələr yolu bərbad hala salır[3].
  • "aşağı cığır" (və ya orta cığır) — kəskin hündürlük qalxması müşahidə olunmur. Yol üstündə kiçik yaşayış məntəqəsi (Şri-Kxara) yerləşir. Qonaq evlərində turistlər gecələyə bilərlər. Əsas düşırgəyə az qalmış yol təhlükəli hesab olunur. Yola yuxarıdan tez-tez daş parçaları düşə bilər[4].
  • "yuxarı cığır" — 4700 m hündürlükdən keçir. Bu marşrut sürşmə və daş uçqunlarından kənar olsa da turistlərdən daha çox dözüm tələb olunur. Daha yüksəkliklərdə qar və buz örtüyünün olma ehtimalı çoxdur.

2015-ci ilə olan vəziyyətə görə Mananqa turizm mərkəzi "aşağı cığırdan" istifadə etməyi məsləhət görür. "Yuxarı cığır" bağlı kimi göstərilmiş. Mananqa kəndindən aşağı cığırla əsas düşərgəyə olan yolu 6–7 saata getmək mümükndür. Düşərgədə bir-neçə qonaq evi mövcuddur. Düşərgədən göl sahilinə kimi olan yolu isə 2–3 saata qət etmək mümkündür.


Comsomadan başlayan marşrut

Tiliço gölünə Comsoma şəhərindən gedən yol Mesokanto-La aşırımından (5100 m) keçir. Bu marşrut üçün gecələmək üçün çadırların və xüsusi avadanlıqlarını olması şərtdir. Bu marşrut ətrafı ərazilərdə hərbi birləşmələrin yerləşdiyindən səfər zamanı o ərazilərə daxil olmadan keçmək məsləhətdir[5].


  1. "The Highest Lake in the World". 2012-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-09.
  2. "Неизвестная Экспедиция. Выше погрузиться уже нельзя". Центр подводного отдыха «Спрут». 2013-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-09.
  3. "Trekking around the Annapurnas — Tilicho Lake". 2012-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-13.
  4. Andrées de Ruiter, Prem Rai. Trekking the Annapurna Circuit including new NATT trails which avoid the road (PDF). 2011. səh. 18. ISBN 9783844800364. 2014-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-13.
  5. "Trekking to Tilicho". 2012-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.