Tilia heterophylla

Müxtəlifyarpaqlı cökə (lat. Tilia heterophylla) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.

Müxtəlifyarpaqlı cökə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-24 m-ə çatan, oval, yumru çətirli, iri yarpaqlı ağacdır. Yarpaqları iri, tünd yaşıl, ucu biz, kənarları dişli, alt tərəfi gümüşüdür. Çiçəkaltlığının uzunluğu 5 dyumdur. Çiçəkaltlığının uzunluğu 5 dyumdur (12 sm-ə qədər). Çiçək qrupu 5-10 çiçəkdən ibarət olaraq iyunda çiçəkləyir.Açıq sarı meyvələri - xırda qozaları yayın axırlarında yetişir.

Orta nəmişli, yaxşı drenajlı torpaqlarda asanlıqla becərilir. Havanın çirklənməsinə və şəhər şəraitinə pis dözür. Aşağı dağ yamaclarında və alçaq səviyyəli nəmişli meşələrdə rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Boyük Qafqazda təbii halda bitir.

Arılar vasitəsi ilə tozlandırır. Çiçəklərin nektarından bal, ağacın şirəsindən sirop, çiçəklərindən isə çay hazırlanması üçün istifadə edilir. Dekorativ ağacdır, qışda budaqları və tumurcuqları qırmızı rəngli olur.