Timotesubani monastırı (gürc. ტიმოთესუბანი, translit. timotesubani) və ya rəsmi şəkildə Timotesubani Məryəm Ananın ölümü monastırı (gürc. ტიმოთესუბნის ღვთისმშობლის სახელობის მონასტერი, translit. timotesubnis ğvtismshoblis saxelobis monasteri) — Gürcüstan Respublikasının Samtsxe-Cavaxeti diyarındakı Borjomi vadisi üzərində yerləşən Timotesubani kəndində orta əsrlərə aid gürcü ortodoks monastır kompleksi.
Pravoslav ortodoks | |
Timotesubani monastırı | |
---|---|
gürc. ტიმოთესუბანი | |
Din | |
İlahi gücü | gürcü ortodoks kiləsisi |
Yerləşməsi | |
Ölkə | Gürcüstan |
Bölgə | Samtsxe-Cavaxeti |
Kənd | Timotesubani |
Memarlıq | |
İnşa tarixi | XIII əsr |
Dövrü | orta əsrlər |
Tikdirəni | Böyük Tamara |
Üslubu | Gürcüstan memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kompleks XI–XVIII əsrlər aralığında inşa edilmişir bir sıra tikilidən təşkil olunmuşdur. Bu kompleksə Məryəmin ölümü kilsəsi, orta əsrlər Gürcüstan tarixinin "Qızıl dövrü" zamanına kraliça Tamara (hak. 1184–1213) dövründə inşa edilən, komplekdəki ən böyük və ən əhəmiyyətli memarlıq abisədir. Müasir bir yazıda Gürcüstan zadəganı "Ahalsıxlı Şalva"nın kilsənin qoruyucusu olduğu yazılır.
Kilsənin içərisində yerləşən freskalar 1970-ci illərdə E. Privalova və həmkarları tərəfindən təmizlənmiş, üstündə tədqiqat işləri aparılmışdır. Dünya Abidələr Fondu və Semyuel Henri Kress Fondunun yardımıyla 2000-ci illərdə freskalar üzərində sürətli bir şəkildə bərpa və konservasiya işləri aparılmışdır.[1]
Kilsə günbəzli bir tikiliyə və çəhrayı daşdan hazırlanmış yunan xaçı planı dizaynına malikdir, şərqə doğru istiqamətləndirilmiş üç apsida çıxıntısı var. Kilsənin günbəzi sərbəst şəkildə və qurbangah çıxıntısına əsaslanır. Daha sonra iki – biri cənubə, digəri isə qərbə istiqamətləndirilmiş portal əlavə edilmişdir.
Kilsənin daxili ən gec 1220-ci illərdə freskalarla ekstensiv şəkildə bəzədilmişir. Timotesubanidəki rəsmlər ikonoqrafik proqramının canlılığı və mürəkkəbliliyinə görə diqqət çəkir.[2]