Timoti (tısbağa)

Timoti (ing. Timothy; 1839 — 3 aprel 2004) — Böyük Britaniya Krallıq donanması gəmilərinin maskotu. Dişi bir Aralıqdənizi tısbağası. Krım müharibəsinin son şahidi.

Timoti
1839—2004

Timoti 1993-cü il.
Sahiblik Böyük Britaniya
Doğum tarixi 1839
Vəfat tarixi 3.04.2004

Timoti 1854-cü ildə Kurtene nəslindən olan kapitan Con Everard tərəfindən portuqaliyalı bir pirat gəmisində tapılır. Krım müharibəsində Sevastopolun bombalanmasına qatılan HMS Queen gəmisinin[1], daha sonra HMS Princess Charlotte və Nankin yelkənli gəmilərinin maskotu olur[2].

1892-ci ildə quruya gətirildikdən sonra Timoti Devon qraflığında, Poudereme qəsrində yaşayır. Yalnız 1926-cı ilədə sahibləri Timotinin erkək deyil, dişi olduğunu müəyyən edirlər.

Tısbağa 3 aprel 2004-cü il tarixində 165 yaşında ölür və qalada basdırılır. Timotinin ölümü, İngiltərənin ən yaşlı sakininin öldüyünü elan edən əsas ingilis mediasında böyük bir xəbərə səbəb olur[3][4].

  1. "'Timmy the tortoise dies aged 160' [[BBC News]] 7 April 2004". 14 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2020.
  2. "'War Hero Tortoise Dies, Aged 160' [[Sky News]] 7 April 2004". 6 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2020.
  3. "BBC NEWS | UK | England | Devon | Timmy the tortoise dies aged 160". 2017-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
  4. "RIP: Timothy the tortoise dies, aged 160 — Telegraph". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.