Tiny Toon Adventures 2: Montana’s Movie Madness - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunu.
Tiny Toon Adventures 2: Montana’s Movie Madness | |
---|---|
| |
Hazırlayan | Konami Corporation |
Yayımlayan | Konami Corporation |
Distribüterlər | Konami Corporation |
Seriya | Tiny Toon Adventures |
Anons tarixi | Konami 1993 |
Buraxılış tarixi | 22 dekabr 1993-cü il |
Janrlar | Platformer |
Texniki məlumat | |
Platformalar | Game Boy |
Oyun rejimi | birnəfərli oyun |
Cizgi qəhrəmanları kinoteatrda filmə baxmaq üçün yığılıblar. Kinoteatrın sahibi isə Montana Maksdır və onların hansı filmə baxacaqlarını yalnız özü təyin edəcəkdir. Maks onun göstərəcəyi filmlərin ən yaxşı olduğunu deyirdi. Bundan şübhələnən Bebs Benni bu barədə Baster Banniyə deyir. Baster Banni isə filmdə iştirak etməyə qərara gələrək, ekranın içinə daxil olur. Banni macəra boyunca Vestern, Samuray, Gələcək və Canavar məzmunlu dörd filmi silməlidir. Hər filmin sonunda isə Montana Maks ilə döyüşməyə məcbur olur. Montana Maksa, Roderik Rat və Rhubella Rat kimi personajlar kömək edir. Banniyə isə Qoqo Dodo vasitəsilə Bebs Banni, Plaki Dak, Hemton C. Pig, Fifi La Fume, Şirli MakLun, Furrball, Konkord Kondor, Li'l Snizer ve Dizzi Devil kömək edir. Filmdə isə bonus qazanmaq üçün Banni dostları Plaki Dak, Arnold Pit Bull və Furrball ilə yarışır. Filmləri bitirdikdən sonra Banni Montana Maksın studiyasına çatır və onun mübarizə aparır. Baster Banni sonda onu məğlub edir.