Tipulidae

Uzunayaqlılar (lat. Tipulidae) – uzunbığlılar yarımdəstəsinə aid həşərat fəsiləsi.

Uzunayaqlılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Ranqsız:
Yarımdəstə:
???:
Uzunayaqlılar
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İkiqanadlıların başqa fəsilələri ilə müqayisədə daha iri və qeyri_adi dərəcədə uzun, nazik, kövrək ayaqları olan həşəratlardır. Onların yalayıcı-sorucu ağız aparatı heyvanların və insanların dərisini deşməyə qabil deyil. Uzunayaqlıların sürfələri nəm torpağın üst qatında yaşayır. Bəziləri saprofit, digərləri isə fitofaq olub, bostan və başqa bitkilərin torpaqdakı kökünü gəmirməklə onlara ziyan vururlar. Onlar digər ikiqanadlılara nisbətən daha yavaş və ağır uçurlar. Adətən bir neçə metrdən uzağa uçmayaraq, yenidən aşağı enirlər. Talışda 8, Gəncə zonasında 23, Böyük Qafqazda 2 növü qeydə alınmışdır[2]. Naxçıvan Muxtar Respublikası faunasında 13 növü müəyyən edilmişdir[3].

  • Ctenophorinae Kertezs, 1902
  • Dolichopezinae Kertezs, 1902
  • Tipulinae Latreille, 1802
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar tipi. Bakı: Elm, 2004, (388 s.) səh. 336–337.
  3. Bayramov A. B., Məhərrəmov M. M., Məmmədov İ. B. və başqaları. Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri. Naxçıvan: Əcəmi, 2014, (320 s.) səh. 184.