Tiran adası[1] (ərəb. جزيرة تيران) — Tiran boğazında, Qırmızı dəniz suları ilə yuyulan ada. Ada Sanafir adasından qərbdə yerləşir. İnzibati baxımdan Səudiyyə Ərəbistanına aiddir. Sahəsi 80 km²-dir. İqlimi olduqca istidir. Tropik qurşaqda yerləşir. Adada yaşayış yoxdur. Bitki və heyvalar aləmindən demək olar ki məhrumdur. Quraq tropik iqlim hakimdir. Adada təbi su qaynağı yoxdur. Ərazisi dağlıq platodan ibarətdir. Misirin Şarm-eş-Şeyx şəhəri yaxınlığında yerləşir.
Tiran adası | |
---|---|
ərəb. جزيرة تيران | |
Ümumi məlumatlar | |
Sahəsi | 80 km² |
Uzunluğu |
|
Eni | 7,2 km |
Hündür nöqtəsi | 524 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
27°57′07″ şm. e. 34°33′58″ ş. u.HGYO | |
Ölkə | Səudiyyə Ərəbistanı |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əvvəllər ada Misirə mənsub olmuşdur. 2016-cı ilin aprelində Səudiyyə Ərəbistanı ilə Misir arasında dəniz sərhədləri anlaşma ilə adalat Ər-Riyadın nəzarətinə keçir. Qahirə bunu onunla izah edirdi ki, adalar krallığa mənsubdur, sadəcə 1950-ci illərdən etibarən səudiyyəlilərin xaişi ilə Misirin hərbi qoruması altındadır. Bu Misirdə etiazlara səbəb olur. Etirazçılar Osmanlı ilə Misir arasında bağlanmış 1906-cı il müqaviləsini əsas gətirirdilər. Bununla belə 24 iyun 2017-ci il etibari ilə adalar Səudiyyə Ərəbistanına verilir.
Tiran adasında elə də böyük olmayan hava limanı mövcuddur. Bura icazə verilməyən uşuşların edilməsi qadağandır. Misir və İsrail arasında nəzarət funksiyasını yerinə yetirən baza adanın qərbində yerləşir. Baza 250 metr hündürlükdə qərarlaşır. Baza həftədə iki dəfə Şarm-eş-Şeyx şəhəri ilə helikopter əlaqəsi yaradır.
Əgər BMT bazasını nəzərə almasaq yaşayış yoxdur. Akaba körfəzindən Tiran boğazına Səudiyyə hissədən keçmək qadağandır. Bu İsraillə Səudiyyə arasında münasibətlərin pis olması ilə əlaqədardır.
Sinay yarımadası ilə dörd mərcan mənşəlli adalar (Cekson, Qordon, Budxaus və Tomas) arasında yerləşir. Bu rif adalar onları təsvir edən ingilis zabitlərin şərəfinə adlandırılmışdır.
Tiran adası ətrafında yerləşən rif adalar tuiristlər arasında məşhurluğu ilə seçilir. Tiran adasına ekskursiyalar təşkil edilir. Bu ərazilərin gözəlliyi Qırmızı dənizdə əsrarəngliyi ilə seçilir. Ancaq adaya gəlişi heç də qonaqpərəstliklə qarşılamırlar. Bəzi sahilləri minalanmışdır[2].
1983-cü ildə Tiran adası Ras-Muhammed Milli parkı ərazisinə daxil edilmişdir. Sahillərində nadir su quşları yuva qurur. Oernitoloqlar Tirak körfəzində keçən gəmilərin ada ətrafı əraziləri çirkləndirməsi qənayətindədirlər. Onların fikrinə görə adaya turistik axınların artması quşların populyasiyasına mənfi təsir göstərə bilər.
B.e.ə V–VI əsrlərdə adada İtoab və ya İotvat adlı knyazlıq mövcud olmuşdur. Qədim yazıları araşdıranların fikrinə görə knyazlıq güçlü donanmaya sahib olmuşdur. Əsasən Ərəbistan, Misir və Efiopiya ilə iqtisadi əlaqələr qurmuşdur. Sonradan ada Bizans imperiyasının tərkibinə qatılır. VII əsrdə islam dininin dünyaya yayıldığı ərəfədən sonra ada tarixi mənbələrdə qeyd olunmur.
1955-ci ilin sentyabrında Misir İsrailin üzünə Tiran boğazını bağlayır, jhava məkanını İsrail təyyarələri üçün qapadır, Tiran və Sanafir adasında artilleriya nöqtələri təşkil edilir. Şarm-əş-Şeyx hərbi-dəniz bazasına çevrilir. 1967-ci ildə Altıgünlük müharibə zamanı adanı İsrail işğal edirlər. Ada 1982-ci ilə qədər İsrailin işğalında qalır[3].
Adanın hansı ölkəyə aidliyi Misir və Səudiyyə Ərəbistanı arasında mübahisə pridmeti olur.
1988-ci ildə Misir və Səudiyyə ərəbistanı Tiran adası üzərindən körpünün inşası barədə razılığa gəlirlər[4]. Bu körpü 15 km uzunluğa malik olmaqla İsrail ərazisindən istifadə etməməklə Afrikanı Asiya ilə birləşdirəcək.
2016-cı ilin fevralında isə Misir və Səudiyyə Ərəbistanı arasında imzalanmış sazişə əsasən Tiran və Sanasir Ər-Riyada güzəştə gedilir. Bunun müqabilində adalardan Misirə körpü çəkilməli idi. Ancaq 2016-cı ilin iyununda Misir məhkəməsi bu anlaşmanı qanunsuz elan edir. 2017-ci ilin yanvarında isə Ali məhkəmə bu qərarı təstiqləyir. İnstaniya məhkəməsi adaların Misirin nəzarətində 1906-cı ildən olmasını təstiqləyir. Bu Misirlə Osmanlı imperiyası arasında imzalanan müqaviləyə əsasən edilir. O zaman Ərəbistan yarımadası da daxil olmaqla adalar Misirin nəzarətinə verilmişdi[5][6][7][8]
24 iyun 2017-ci ildə Misir Prezidenti Əbdül Fəttah əl-Sisi dəniz sərhədlərinin demarkasiyası haqqında anlaşmanı təstiqləyir. Bununla da Tiran və Sanasir adaları Səudiyyə Ərəbistanının ərazisinə birləşdirilir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Bir həftə sonra isə müqaviləni Misir parlamenti radifikasiya edir[9].